"Qarabağ"ın oynayacağı 3 böyük Avropa stadionunu tanıyaq

13.09.2014 | 12394 dəfə oxunub

“Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır. Klub F qrupunda "İnter", "Dnepr" və "Sent Etyen" ilə bir qrupda qərarlaşıb. Komandamız “ev” oyunlarını 32.000 azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respiblika stadionunda keçirəcək. Stadionun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün, ilk oyuna qədər qazon  dəyişdiriləcək. İşlər sentyabrın 16-dək başa çatacaq. 

"Qarabağ"dan fərqli olaraq, digər üç rəqibi ev oyunlarını daha böyük stadionda keçirəcək. Qrupun favoriti olan İtaliyanın "İnter" klubu öz ev oyunlarını Milan şəhərində yerləşən "     Cuseppe Meatsa" stadionunda keçirir. Bu stadionda həmçinin şəhərin digər təmsilçisi olan "Milan" klubu da ev oyunlarını oynayır. Stadionun tutumu 80.018 nəfərdir. 1926-cı ildə açılışı olan stadionun ilk tutumu 26.000 olub. Daha sonrakı illərdə 9 dəfə təmirə bağlanan stadionun tutumu 1955-ci ildə təmir edildikdən sonra 100.000-ə  çatdırılıb. Sonuncu təmir isə 2011-ci ildə olub və tutumu 80.018 nəfərə endirilib. Digər adı "San Siro" olan bu stadionun Avropanın ən böyük stadionlarından biridir. Arena 1934 və 1990-cı illərdə dünya çempionatının oyunlarını qəbul edib. 


Qrupun digər təmsilçisi "Dnepr" öz ev oyunlarını 31.000 azarkeş tutumuna malik "Dnepr Arena"da keçirir. Lakin stadionun yerləşdiyi ərazi bəzi səbəblərdən bağlanıb. Bu səbəbdən də klub Avropa Liqasındaki ev oyunlarını "Kiyev Arena"da keçirəcək. Bu stadion 1923-cü ildə inşa etdirilib. 70.050 nəfər azarkeş tutumuna malikdir. Dizaynını almaniyalı memar Mixaylo Hreçyna verib. 1941, 1999 və 2011-ci illərdə əsaslı təmir olunub. Kiyev "Dinamo”su “ev oyunlarını məhz bu arenada keçirir. 


Fransanın "Sent Entyen" klubu isə ev” oyunlarını "Stade Geoffroy-Guichard" stadionunda keçirir. Stadionun açılışı 1931-cu ildə olub. 35.616 nəfər azarkeş tutumuna malikdir. Arenanın ilk tutumu 1.800 nəfər olub. 7 dəfə təmir olunan stadion sonda 35.616 nəfərə çatdırılıb. (1931-1.800, 1935-5.000,  1938-15.000, 1957-25.000, 1965-39.570, 1984-48.274, 1998-35.616) Bu stadion 1998-ci ildə dünya çempionatının bəzi oyunlarına ev sahibliyi edib. 2016-ci ildə Fransada keçiriləcək Avropa Çempionatının da əsas stadionlarından biri də məhz "Stade Geoffroy-Guichard" arenasıdır. Eyni zamanda bu stadionda "Reqbi" oyunları da keçirilir.

Bəhram Camalov, Avrokubok.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail