Alçaq “Dronqo”nun oyuncağı...
Bir neçə gün əvvələ kimi Bakının yetim-yesir küçələrinə düşüb, camaata “Çingiz Abdullayev kimdir” sualın versəydiz, çox az insan onun hansı adam olduğun sizə deyərdi. Nə olsun ki, 26 milyondan çox kitabı satılıb? Bəyəm bizdə satılıb?
İndi isə hamı onu “Neftçi” klubunun prezidenti kimi (Müşahidə Şurasının sədri)” tanıyır. Axı bu, necə baş verdi?
“Dronqo” adlı biri “Alçağın Üslubu” yoluyla onu bura gətirdi. “Dronqo” kimdi? Kitab oxuyan qardaş, bu, nə Çingiz bəyin yaratdığı, nə də sənin nəzərdə tutduğun ədalətli insan olan o Dronqo deyil. Bu əsil “Alçağ Üslubu”na malik “Dronqo”dur.
Abdullayevin mətbuatda yer alan müsahibəsin oxuduqda isə onun həqiqətən o siyasi detektivlər yazan kişi olduğuna şübhə etdim. Bəndənizin fikrin soruşsaz, 30 milyona yaxın kitab satmaq bu kişini avanturist etməyib, amma “Neftçi”nin prezidenti olmaq 2 günün içində ağlında olan insanlıq duyğularını itirməsinə səbəb olub.
Artıq o Çingiz Abdullayev bu Çingizə çevrilib. Hətta Çinaya deyərdim.
Neçə deyərlər:
- Yazıçı Çingiz Abdullayev sənətin dəyişəndə necə olur?
- Çina!
Onda mən-mən anlayışı yox idi, bunda isə baş qaldırıb tufan kimi.
Bilirsiz niyə? Hamısın edən “Alçağ Üslubu”na malik “Dronqo”dur. O, şərəfsiz “Dronqo”!
Bu “Dronqo” o qədər şərəfsiz insandır ki, Çingizi Neftçidə transfer məsələlərində əlbir olmağa da razı salıb. Özü də əlaltısı olan icraçı direktorun vasitəçiliyiylə. Boş yerə deyil ki, Abdullayev transfer məsələlərinə elə o icraçı direktorla bir yerdə özünün nəzarət edəcəyin bildirib.
Ay səni alçaq “Dronqo”... Yedin o boyda kişinin başını!..
Cənab Çingiz Abdullayev, siz Nitsada baş verənləri İngilis Bulvarıyla yox, Bakı Bulvarının yaxınlığında yerləşən “Neftçi”yə gələrək necə səhv etdiyinizi düşünərək xatırlayacaqsız.
Cənab, siz hələ birinci variantdasız. Əmin olun, burada biabır olmamaq üçün ikinci variantı düşünəcəksiz, Üçüncüyə zaman ayıra bilmədən “Saturn Tövbəsi” deyib, Solaxayın gəlib çıxmasın gözləmədn qaçacaqsız “Neftçi”dən.
Çingiz bəy, sizə nə “Abdırlı Adam” nə də “Məntiq qaydası” qurmaq kimi bir nyyətim yoxdu. Amma sizin adınızın ünlülüyündən istifadə edən alçaq “Dronqo” “Qurdu Prezident ovu”. “Xəzinadar”ı da qoydu yanınıza. Transferləri birgə həyata keçirəcəksiz. Bu “Dronqo” bu qədər alçaq adamdır. Gözü heç nədən doymur.
Sizi ora gətirən alçaq “Dronqo” Azərbaycan futbolunda “Qaniçənlər aynası”, “Əclafların kredosu” imicin formaaşıdırıb. O alçaq “Dronqo” “Əclafların qanunu”yla işləyir. Onun üçün kişilərin qanunu keçərli deyil.
Hörmətli Çingiz Abdullayev, artıq bir neçə gündür “Qurulur Uğursuzun hekayəti”. Bilirsiz bəs bu kimdir? Bəlkə özünüz haqda, daha dəqiqi o yazıçı özünüz yox, “Neftçi” rəhbəri olan özünüz barədə düşünsəz, söhbətin kimdən getdiyini anlayarsız!
Birdə yadımdan çıxmışdı lap, əmin olun ki, burda “Yekun Diaqnoz”u sənin o alçaq “Dronqo”n qoymayacaq.
***
Həci Ürəkdi, Həci başqadu, son söz Həcinindir! Qapını o çırpacaq. Həci ürəkdi, ürək!
***
Başınız qarışıb kitab yazmağa, amma futboldan, burada detektivlərin sənin düşündüyün detektivlərdən neçə əsr qabaqda olmasından xəbərin belə yoxdur.
Həm də qorxun ki, bu vadidə o alçaq “Dronqo”nun “Sutenyor” oyununa qurban gedib oyunçuya çevrilməyəsiz!..
P.S.
Çingiz müəllim, özünüzə çox da Abidə zad deməyin. Bir də gördüz, vəhabilər gəlib Abidənizi "şirkdi-bidətdi-bütdü" deyib dağıtdılar. Danışanda da ehtiyyatlı olmaq lazımdı.
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |