"Neftçi"nin kəndirli qalustukluları

17.04.2015 | 15563 dəfə oxunub

AFFA-nın yaratdığı Klublar Komitəsinin nəyə xidmət etdiyini və katibi baş Elxan Məmmədovun istəyiylə yaradılmasını futbol ictimaiyyəti və bu tərəfə yaxın olan oxucu yaxşı bilir. Elxan Məmmədov hazırda öz məqsədləri üçün futbolda ən hiyləgər siyasəti yürüdür. İndi onun şirin sözlərinə - planlarına xoş münasibət bəsləyən AFFA przidenti Rövnəq Abdullayev isə Məmmədovun son hədəfi olacağından xəbərsizdi yəqin. Bunu bilin e, cənab Abdullayev!

Katibi baş, sözün hər mənasında baş işlətməkdədi. Hələlik sizin yan-yörənizi sizdən ayırmaqla məşğuldur. Bir böyük ağacın qol budağın kəsib-doğrayandan sonra, ağac müqavimətsiz qalar. Külək də onu tez yıxar. Bunu bilsin gərək Yavər də...

Hazırda Elxan Məmmədovun əsas üstünlüklərindən biri odur ki, PFL-i neytrallaşdırıb. Rmain Musayevi ofsaytda saxlayan katibi BAŞ, AFFA-nın nəzarətində olan “Neftçi”ni də ələ keçirib. Klubun keçmiş prezidenti Sadıq Sadıqovla üz-üzə - kişiyana mübarizədə aciz qalan katibi baş, əl atdı siyasətə - hiyləyə. Artıq istəyinə çatmış da sayıla bilər. Çünki Rövnəq Abdullayevin bu məsələyə biganə münasibəti Elxan Məmmədova dəstək oldu. Məmmədov daha uzaqgörəndir. O, əvvəlcə Klublar Komitəsin yaratdı. Bu komitənin qərarına əsasən, daxili iclaslarda klubları ancaq prezident, vitse-prezident və icraçı direktorla təmsil edə bilər.

Elxan yaxşı bilirdi ki, Sadıq Sadıqov bu toplantıya gələn deyil. Elə bu səbəbdən də “Neftçi” vitse-prezident səviyyəsində təmsil olunacaq. Bu posta isə öz adamı Elnur Məmmədovu təyin etdirmişdi. Yəni komitədə birbaşa öz adamıyla təmsil olunsun deyə. Elxan Məmmədov daha sonra “Neftçi”yə Müşahidə Şurasın sırışdırdı və indi klublarda da soxuşdurmaqda davam edir. Bununla da “Neftçi”də prezident və vitse-prezident vəzifəsi ləğv edildi. Klubun vitse-prezidenti Elnur Məmmədov isə icraçı direktor vəzifəsinə gətirildi. Bütün bunlar isə daha əvvəlcədən təşkil edilən planın tərkib hissəsi idi.

Məmmədovun ssenarisi tam olaraq həyata keçirildi. Necə planlamışdısa elə də oldu. İndi “Neftçi” Klublar Komitəsində Elxanın adamı Elnurla təmsil olundu. Çünki Elnur Müşahidə Şurasının yaranmasıyla klubda icraçı direktor işləməyə başladı. Elxan Məmmədovun planına uyğundur hər şey.

Klublar Komitəsinin son iclasında isə “Neftçi” iki şəxslə təmsil olunurdu. Bunlar icraçı direktor Elnur Məmmədov və klubun keçmiş icraçı direktoru Mübariz Xudiyev idi. Bu isə Klublar Komitəsinin nizamnaməsinin ciddi şəkildə pozulması deməkdir. Çünki klub toplantıda 3 vəzifə sahibi ilə çıxış edə bilər. Bəs Mübariz Xudiyevin orda nə işi vardı? Axı Xudiyev o 3 vəzifədən heç birin icra etmir. Hətta Elnur Məmmədov toplantını vaxtından əvvəl tərk etdi və iclasda sona kimi Xudiyev qaldı.

 Burda başqa məqam var. Həyatda qalustuk taxmağı qəti sevməyən Mübariz Xudiyevə qalustuk geydirib iclasa gətirən Elnur Məmmədovun da bir planı var demək. Çünki Elnur Xudiyevi klubda hansısa vəzifəyə gətirəcək. Əks təqdirdə Mübariz Xudiyev boş yerə qalustuk taxıb iclasa gəlməzdi. İş ondadır ki, Xudiyevin əvvəl klubda tutduğu icraçı direktor vəzifəsin indi Elnur Məmmədov icra edir. Mübariz isə havadadır. Klubda heç bir vəzifə sahibi olmayan - havada olan birinin Klublar Komitəsində nə işi var?

Demək, Klublar Komitəsinin də nizamnaməsi formaldır. Əsas “nizamnamə”  baş katib Elxan Məmmədovun istəkləri və göstərişləridir.

“Neftçi”də heç şübhəsiz ki, Sadıq Sadıqov da son sözün deməyib. “Neftçi”də ümumi heyəti formalaşdıran və ciddi uğurlar əldə edən Sadıqova sadiq olanlar da oldu, olmayanlar da.

Həmid kişinin sözü olmasın, indi söz yox, qalustuk zəmanəsidir.  Maraqlıdır, qalustuk növbəsi kimdədir? Kim boynuna kəndir , eeee, baqışlayın məni, qalustuk taxmağa razı olacaq?

P.S. "Vobşe" düz deyirəm. "Neftçi"də hamı ipə düzülüb. Yenilərin hamısı boynun kəndirə keçirib. İpin ucu isə Elxan Məmmədovun əlindədir. Hara istəsə çəkə, sürüyə bilər.

K(Ş)AHİN



  #10   Adınız: akif;   E-mail: [email protected]

17.04.2015 23:18

xudiyev mubariz elnur oglu ve ya xudiyev mubariz elxan oglu

  #9   Adınız: Eli aliyev;   E-mail: ---

17.04.2015 22:22

Bambililarin yox e qardas donqililerin elinde qalib. Yaziqlar olsun be

  #8   Adınız: Sehriyar osmanliyev;   E-mail: ---

17.04.2015 22:21

Neftcinin kul dusub basina cunki bu xalqin komandasi qalib bambililarin
elinde. Qebeleyle oyunda da gorduk her seyi. Neftci hele burda qebeleye
uduzmamisdi digesen

  #7   Adınız: akif;   E-mail: [email protected]

17.04.2015 22:10

qucaqdan qucagin sonu - MIX dir . ay mubariz

  #6   Adınız: Elemdar;   E-mail: [email protected]

17.04.2015 18:55

Klublar Komitəsi PFL-ə protiv olaraq yaradılıb. İndi də
növbə Ramin Musayevindir. Onu da yıxsalar daha futbolda
Rövnəq Abdullayevin adamı qalmayacaq. Bu Elxanın əsas
məqsədi AFFA-nın prezidenti olmaqdır. Planlı şəkildə bütün
işlər gedir. Qarşısını almasalar bir ilə oturacaq başda

  #5   Adınız: Çingiz Hasanli;   E-mail: [email protected]

17.04.2015 18:50

Neftçi son illər qazandığı uğurları batırmağa gəliblər
bunlar. Heç bir xeyri dəyməyəcək bu fırıldaqçıların
Neftçiyə.

  #4   Adınız: Gülnarə;   E-mail: [email protected]

17.04.2015 17:14

Vaxt var idi bu Elnur voleybolda şeypur püləyirdi. Dağıl ay
dünya. İndi gör hara gəlib çıxıb. Neftçi pis günə düşəcək

  #3   Adınız: Farhad;   E-mail: [email protected]

17.04.2015 17:12

Gör "Neftçi"ni kimlər idarə edəcək? Biabırçılıq

  #2   Adınız: Əkbər;   E-mail: [email protected]

17.04.2015 17:10

Mubariz sen Sadıqın şotuna adam olmusan. Men seni yaxşı
tanıyıram. Yaddaşına birdəfəlik həkk elə bunu. Sən bu gün
belə hərəkət edirsənsə, canlarına bais olduğun
rəhmətliklərin ruhu həmişə səni izləyəcək!

  #1   Adınız: İlqar;   E-mail: ---

17.04.2015 17:06

Mubariz Xudiyev bir vaxtlar Quluzadəyə yaltaqlanırdı. Sonra
Sadıq Sadıqova. İndi də özünü verib Məmmədovların isti
yerinə. "Kişi" bacarır da...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail