Bu futbolun Elxan boyda dərdi var...

15.12.2018 | 8505 dəfə oxunub


Günü gündən azalır komandaların sayı,

Heç bir yerdə tapılmaz futbolumuzun tayı,

 

Başçı olub Elxan, futbol bilməyən biri,

Futbolumuzu dəfn edib, yalnız özüdür diri.

 

Qurbanı gətirdilər duzəltməkçin millini,

Az qaldı Qurban aça bu Affa-nın zibilini.

 

Qapalı bir iclasda, aldılar şəxsi qərar,

Qurbanı göndərdilər, yenə açıldı "bazar".

 

Səkkiz komanda çoxdur, bəlkə altı edəsiz,

Beş dövrəli turniri, bizə töhvə verəsiz?!

 

Adını da eləyin paytaxt çempionatı,

Ölkədə dəstəkləsin bütün millət şahmatı.


Deməyə söz tapmıram, bu Elxan lap edir ağ,

Stadion da çoxdur, beş altısı olsun bağ.

 

Futbol sevən bir xalqı, bu qədər əzmək olmz,

Belə getsə on ilə ölkədə futbol qalmaz.

 

Deyirəm, futbol qalmaz, heç futbol var ki, qalsın?

Az qalır futbolçular ticarətə yan alsın.

 

Yeni komandalar var: “Səbil” nə bilim “Sabah”,

Bu sabahla gün doğmaz, hamı olubdur agah.

 

Tarixdə bir bürünc var, o da çoxdan paslanıb,

Bürünc görən uşağın nəvələri yaşlanıb.


Ramili də qocaltdı, futbolumuzun dərdi,

Yüngülvari də olsa, onları yuyub sərdi!



Ramil Qafarov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ