Ukrayna FİFA və UEFA-dan tələb edir: Rusiyanı cəzalandırın

18.07.2023 | 3497 dəfə oxunub

Ukrayna Futbol Federasiyası (UAF) Krım klublarının Rusiyada keçirilən turnirlərdə iştirakına görə RFU-nun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya növbəti məktubla müraciət edib.

Yaltanın “Rubin” və “Sevastopol” klubları İkinci Liqa çempionatında iştirak etmək üçün Milli Futbol Liqasının (FNL) sertifikatından keçib. İyulun 16-da hər iki klub turnirdə debüt edib.

“Biz belə hərəkətləri FİFA və UEFA-nın nizamnamələrinin və UEFA-nın Krım futbolunun xüsusi statusu ilə bağlı qərarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Yuxarıda göstərilənləri nəzərə alaraq, UAF yenidən FİFA və UEFA-ya müraciət edərək, RFU-nun FİFA və UEFA-nın üzvlüyündən xaric edilməsinin mümkünlüyünə baxılması xahişi ilə müraciət edir. Onların qərarları Avropa və qlobal futbol ailəsinin dəyərlərinə ziddir”, – UAF-ın məktubunda deyilir.

Qeyd edək ki, UAF daha əvvəl də FİFA və UEFA-ya RFU-nun cəzalandırılması çağırışı ilə müraciət etmişdi. Lakin bu çağırış nəticəsiz qalmışdı. UEFA Krım klublarının RFU-nun keçirdiyi turnirlərdə iştirakına qadağanın qaldığını vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail