Millimizin qapıçısı: "Oyundan əvvəl ağrıkəsici vurdurmuşdum" - MÜSAHİBƏ

09.04.2021 | 575 dəfə oxunub

Slovakiya – Azərbaycan oyunundan (1:1) sonra millimizin qapıçısı Rövşən Hüseynlinin Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsi

- Qrupun ən çətin oyununu oynadıq, demək olarmı?

- Demək olar. Bunun da səbəbi var. Bura 4 əsas oyunçumuz olmadan gəldik. Onlar zədəli olduğuna görə bizə kömək edə bilmirdi. Turnir cədvəlindəki vəziyyət həm də rəqibi mütləq qələbə üçün mübarizə aparmağa vadar edirdi. Rəqib meydanında oynamağımız da sözünü dedi. Fikir verin, Slovakiya yığması ilə Bakıdan kənarda keçirdiyimiz oyunlarda əsasən heç-heçə edirik.

- Səbəbini nədə görürsən?

- Əvvəlcə meydan amilini qeyd edərdim. Azarkeş olmasa da, örtüyə öyrəşmək lazımdır. Üstəlik, yol yorğunluğu da təsirni göstərir.

- Buraxılan qol haqda nə deyə bilərsən?

- Bu komanda ilə Bakıdakı oyunda olduğu kimi, yenə müdafiədə səhvə yol verdik. Onlar da bundan istifadə etdilər. Əsas olan odur ki, bz intizamı sona qədər qoruduq və lazım olan nəticəni əldə etdik.

- Əslində sona yaxın yorğunluq aşkar hiss olunurdu. Belə məqamda qol vurcağımıza inanırdınmı?

- Bu gün uduzmayacağımızla bağlı sanki daxilimdə bir hiss var idi. Ona görə də inanırdım ki, hesabı bərabərləşdirəcəyik. Yəni vacib olan xal qazanmaq idi, onu da əldə etdik. Buna tək mən yox, komanda olaraq inanırdıq.

- Zədən nə yerdədir?

- Hələ ki ağrı yoxdur. Oyundan əvvəl ağrıkəsici vurdurmuşdum. İnşallah, ciddi bir zədə olmaz və Yunanıstana qarşı meydana çıxaram.

- Bu heç-heçə Yunanıstanla oyun üçün yaxşı motivasiya ola bilərmi?

- Bakıda Slovakiyanı məğlub etdikdən sonra özünəinam artdı. Həmin qələbə bizə motivasiya verdi. Moldova ilə səfərdəki oyunda çoxlu səhvlər etdik. Bu gün bunu azaltdıq. Son görüş üçün də motivasiyamız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.05.2021

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

15.05.2021

15:20  75-ə çatdı

11:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.05.2021

20:56  Çempionluğun taleyi son tura qaldı - YENİLƏNİB

18:10  "Qarabağ" - "Keşlə" - HEYƏTLƏR

18:05  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

18:03  "Zirə" - "Səbail" - HEYƏTLƏR

16:22  "Qəbələ" - "Sabah" - HEYƏTLƏR

11:26  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:07  "Qranada" - "Real" - 1:4 VİDEO

13.05.2021

12.05.2021

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.05.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.05.2021

11:02  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Qarabağ 25 14 9 2 58-17 51  
2. Neftçi 25 15 5 5 41-25 50  
3. Zirə 25 7 13 5 25-26 34  
4. Sumqayıt 25 8 9 8 28-30 33  
5. Sabah 25 6 7 12 24-31 25  
6. Səbail 25 5 9 11 21-35 24  
7. Qəbələ 25 5 9 11 20-39 24  
8. Keşlə 25 4 11 10 22-36 23  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail