Qurban Qurbanov: "Həmişəki kimi deyil, fərqli dəyişikliklər etdik" - MÜSAHİBƏ

12.04.2021 | 580 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”la keçirilən oyundan (4:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik, istəkli komandaya qarşı oynadılar. Rəqib sona qədər oyundan qopmadı, daim nəticə, düzgün oyun üçün ən yaxşısını etməyə çalışdı. Vacib qalibiyyət idi. “Sumqayıt”a qarşı oynamaq mənim və futbolçularım üçün xoşdur. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq. Problemlərimiz olsa da, meydandakı oyunçular oyun nizam-intizamını qorumaq üçün çalışdılar.

- Mahir Emreli, Qara Qarayev və Xayme Romeronun son durumu nə yerdədir?

- Qara və Mahir bu günə kimi fərdi məşq edirdilər. Qara son məşqin bəzi hissəsində komanda ilə birgə oldu. Bəlkə də, oynaya bilərdi, amma risk etmədik. Mahirin “Səbail”lə görüşdə iştirakı sual altındadır. Romeronun da mikrozədəsi var idi. Bu həftə kollektivlə 40-50 faiz məşq etmişdi. Onun da bu gün meydana çıxması riskli idi.

- Bu gün heyəti qurarkən “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub etdiyiniz oyunu nəzərə almışdınız?

- Həmin vaxtkı heyət yadımda deyil. Bu gün futbolçu sayında da problemlərimiz var. Tam hazır olanlar meydanda idi. Həmişəki kimi deyil, fərqli dəyişikliklər etdik. Abdullah Zubiri daha tez əvəzlədik.

- Rəqibin baş məşqçisi 4-cü hakimdən şikayətləndi. Siz kənarda hakimlikdən təzyiq hiss etmədiniz?

- Bu gün biz tərəfdən belə bir şey yox idi. Ayxan müəllim tərəfə baxmadım. Bəzi oyunlarda hakimlər etirazlarını bildiriblər. Ümumilikdə çox səs-küy olmağı xoşlamıram. Amma futbol emosional oyundur. Hakimin məşqçiyə etirazını bildirməsi də futbolun gözəlliklərindəndir.

- Qarşıdan ölkə kuboku da gəlir. Heyətdəki itkiləri nəzərə alsaq, hər iki turnirdə sona qədər yarışmaq çətin olmayacaq?

- Bu turnirlərdə qalib gəlmək istəyiriksə, çətinlikləri göz önünə gətirməliyik. İnşallah, qarşıdakı oyunlarda heyətimiz düzələr, sağlam futbolçuların sayı çox olar. Çempionatda qalib gəlməklə, kuboku qazanmaq fərqli prestijdir. Sıx qrafikə düşürük. Doğru addımlar atmağa, rotasiyalar etməyə çalışacağıq.

- “Neftçi”nin uğursuz nəticələri futbolçularınıza psixoloji cəhətdən təsir göstərmir?

- İlk növbədə öz oyunumu düşünürük. Nə qədər desək ki, fikrimiz öz oyunumuzdadır, amma futbolçularda istər-istəməz bu hissiyyat ola bilər. Amma biz öz nəticəmizi düşünərək oynayırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.05.2021

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

15.05.2021

15:20  75-ə çatdı

11:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.05.2021

20:56  Çempionluğun taleyi son tura qaldı - YENİLƏNİB

18:10  "Qarabağ" - "Keşlə" - HEYƏTLƏR

18:05  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

18:03  "Zirə" - "Səbail" - HEYƏTLƏR

16:22  "Qəbələ" - "Sabah" - HEYƏTLƏR

11:26  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:07  "Qranada" - "Real" - 1:4 VİDEO

13.05.2021

12.05.2021

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.05.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.05.2021

11:02  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Qarabağ 25 14 9 2 58-17 51  
2. Neftçi 25 15 5 5 41-25 50  
3. Zirə 25 7 13 5 25-26 34  
4. Sumqayıt 25 8 9 8 28-30 33  
5. Sabah 25 6 7 12 24-31 25  
6. Səbail 25 5 9 11 21-35 24  
7. Qəbələ 25 5 9 11 20-39 24  
8. Keşlə 25 4 11 10 22-36 23  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail