Xviça Kvaratsxeliyanı "Milan" və "Yuventus" istəyir

27.04.2021 | 4427 dəfə oxunub

İtaliyanın "Yuventus" klubu Rusiya "Rubin"inin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanı 20 milyon avroya almağa hazırdır.

Stadium.Az "Il Messaggero"ya istinadən xəbər verir ki, Turin təmsilçisi bu məbləği cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəyəcək.

Bildirilir ki, "Milan" Kvaratsxeliya ilə mübarizədə "Yuventus"u geridə qoyur. "Qırmızı-qaralar" 20 yaşlı yarımmüdafiəçinin agenti ilə daimi təmasdadırlar. İstedadlı oyunçu ətrafındakı vəziyyəti "Napoli" və Almaniyanın "Borussiya" (Dortmund) klubları da izləyir.

Xviça Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. Bu mövsüm gürcüstanlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2019-cu ildən Gürcüstan millisinə çağırılır.

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail