29-cu ildə, 29-cu dəfə

01.05.2021 | 3369 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” cütünün taleyi penaltilər seriyasında həll olunub.

Hər iki görüşü 0:0 hesabı ilə başa çatan duelin “lotereya”sında sumqayıtlılar üstün olub – 5:4. Bu, təkcə cari mövsüm deyil, son 4 turnirdə ilk belə hadisədir. Azərbaycan kubokunda sonuncu dəfə penaltilər seriyası 2016/17 mövsümünə təsadüf edib. 2016-cı il dekabrın 3-də Qəbələdə eyniadlı komanda “Zaqatala” ilə 1/8 final matçında 120 dəqiqədə qalib gələ bilməyib – 2:2. Penaltilərdə daha dəqiq olan “Qəbələ” 1608 gün öncəki görüşdə 4:1 hesabı ilə üstün olub.

Ümumiyyətlə, “Qarabağ” – “Sumqayıt” qarşılaşması turnirin 29 illik tarixində 29-cu penaltilər seriyasıdır. Tarixində 4-cü dəfə ölkə kubokunda 11 metrlik zərbələri vuran Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə uğursuzluqla üzləşib. 1999/2000 mövsümündə “Turan”a qalib gələn (0:1, 1:0, pen.5:4) “Qarabağ” 2010/11 mövsümündə eyni rəqibə (0:0, pen. 3:4), 2011/12 mövsümündə isə “Bakı”ya (1:0, 0:1, pen.4:5) uduzub. İlk iki seriya 1/8, sonuncu isə indiki kimi 1/2 finala təsadüf edib. Sumqayıtın eyniadlı təmsilçisi isə ikinci belə cəhdində ilk dəfə mərhələ adlayıb. “Sumqayıt” 2014/15 mövsümündə “Bakı” səddini keçə bilməyib. 1/8 final oyunu qolsuz bitsə də, paytaxt təmsilçisi sonda 4:3 hesabına sevinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail