"Qəbələ"nin "Səbail"lə 17-ci dueli

03.05.2021 | 3873 dəfə oxunub

Sabah Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək.

“Qırmızı-qaralar”ın səfər qarşılaşması iki komanda arasında 17-ci matç olacaq. İndiyədək keçirilən 16 oyunda üstünlük "Qəbələ"nin tərəfindədir. 8 qələbəsi olan komanda 5 görüşdən sülhlə ayrılıb və yalnız üç dəfə məğlub olub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:17. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.

“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 14 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. “Səbail” 3 oyunda qalib gəlib. 24 qol vuran “Qəbələ” 15 top buraxıb.

Rəqib meydanında 9-cu dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 3 qələbə və 2 heç-heçəyə imza atıb. Digər üç görüşdə meydan sahibləri qalib olub. Bu matçlarda 14 qola imza atan "Qəbələ" 12 top buraxıb.

Mayın 3-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 20:15-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail