Hafiz Məmmədov: “Azad Rəhimovun xatirəsi həmişə qəlbimizdə yaşayacaq”

04.05.2021 | 5059 dəfə oxunub

“Bakı” Futbol Klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

H.Məmmədov deyib:

“Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladım. Azad bəyi uzun illərdi tanıyırdım. O, vətənini sevən, işgüzar, dövlətinə sadiq bir insan idi. Bir neçə il əvvəl Madrid “Atletiko”su ilə əməkdaşlığa başlayarkən, müqavilənin imzalanmasına AFFA-dan razılıq ala bilməsək də, məhz Azad Rəhimov dövlət rəsmisi kimi bizə lazımi dəstəyi göstərdi. Hətta səfərlərimizdən birində, Madrid şəhərində “Atletiko” klubunun rəhbərləri ilə görüşləri bərabər keçirdik və o işgüzar görüşlərdən çox gözəl xatirələr qaldı. Azad müəllimin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Azad qardaş, qəbrin nurla dolsun. Ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail