Ramin Quliyev: "7-8 oyunçumuzun olmamasına baxmayaraq, qələbə qazandıq"

05.05.2021 | 3908 dəfə oxunub

“Oyun ciddi hazırlaşmışdıq. Rəqibin oyununu təhlil etmişdik. İtkilərimiz oldu, amma oynaya biləcək futbolçularımız var".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 25-ci turunda "Sumqayıt"la keçirilən görüşdən sonra mətbuat konfransında deyib. 

O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Futbolçulara minnətdaram. 7-8 oyunçumuzun olmamasına baxmayaraq, qələbə qazandıq. Komandada zəif futbolçu yoxdur. Bu gün hər kəs yaxşı tərəflərini göstərdi".

Quliyev oyunda zədələnən müdafiəçi Bəxtiyar Həsənalızadənin durumu haqda isə deyib: "10 gün əvvəl məşqlərə başlamışdı. Hələ durumunu bilmirik. Tibbi müayinədən sonra məlum olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail