Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşdi

12.05.2021 | 4385 dəfə oxunub

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib. Stadium.Az xəbər verir ki, "Neftçi-2"nin çempionluğunun ardından vitse-çempion və bürünc mükafatçı da müəyyənləşib.

Buna XXVI turun "Turan Tovuz" - "Zaqatala" görüşündə aydınlıq gəlib. Səfər matçından 2:1 hesablı qələbə ilə ayrılan "Zaqatala" xalını 56-ya çatdıraraq, gümüş medala yiyələnib. 48 xala malik "Turan Tovuz" isə bürünc medalla kifayətlənib.

"Sabah-2" səfərdə "Neftçi" üzərində qələbə qazansa da, 45 xalla 4-cü pillədə qalıb. Lakin bu komanda özündən 3 xal irəlidəki "Turan Tovuz"u keçə bilməyəcək. Səbəb Tovuz komandasının paytaxt təmsilçisi üzərində şəxsi oyunlardakı üstünlüyüdür.

Digər oyunlara gəldikdə, "Keşlə-2" "Kəpəz"ə eyni hesabla, "Sumqayıt-2" isə "Qarabağ-2"yə minimal hesabla qalib gəlib. "Neftçi-2" evdə "Sabah-2"yə uduzub - 2:3. "Qaradağ Lökbatan" isə MOİK-i 3:1 hesabı ilə yenərək, xalını 26-ya çatdırıb və 7-ci pilləyə yüksəlib. Əvəzində 25 xala malik "Kəpəz" 8-ci, 21 xalı olan MOİK 10-cu pilləyə enib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail