Xosep Quardiola hansı futbolçuları göndərir?

18.05.2021 | 5111 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola klubun yay transfer pəncərəsi üçün planları  barədə danışıb.

Stadium.Az "Daily Mail"ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bu komandada özünü xoşbəxt hiss etməyən futbolçuları klubdan göndərməyə hazır olduqlarını deyib:

"Bəzən oyunçular oynamaq istəməyəndə bunu bir mövsüm və ya daha qısa bir müddətlik qəbul edə bilərsiniz. Amma uzun müddətlik yox. Bu, mümkün deyil. Ona görə də bu mövqedə dəyişikliklər etmək məcburiyyətindəyik. Mövsümün sonunda hər şeyi aydınlaşdıracağıq. Burada oynamaqdan xoşbəxt olmayan futbolçularla danışacağıq və biz də, onlar da qəti qərarlar verəcəyik. Biz onlar üçün ən yaxşısının olmasını istəyirik".

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Quardiola bu açıqlamasında Rahim Sterlinq və Emerik Laportanı nəzərdə tutub.

"Mançester Siti" artıq Premyer Liqada çempionluğu rəsmiləşdirib. Komanda Çempionlar Liqasının final mərhələsinədək irəliləyib. "Şəhərlilər" həlledici görüşdə "Çelsi" ilə qarışılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail