Braziliya millisi Amerika Kubokundan imtina etdi

05.06.2021 | 5877 dəfə oxunub

Braziliyanın millisi Amerika Kubokunda iştirakdan imtina edib. Stadium.Az AS-a istinadən xəbər verir ki, yığmanın futbolçuları Amerika Kubokunun Braziliyada keçirilməsi qərarından narazıdırlar.

Oyunçular Braziliya Futbol Federasiyasının rəhbəri Rojerio Kaboklo ilə danışıqlarda kubokda iştirakdan və ya yarışın ləğvindən imtina imkanını müzakirə ediblər. Nəticədə futbolçular yarışda iştirak etməmək barədə qərar qəbul ediblər. Həmçinin məlumata görə, onlar başqa yığmaların oyunçularını da bu il Amerikanın Kubokunun keçirilməsinə qarşı mütəşəkkil çıxış etmək barədə razı salacaqlar.

Amerika Kuboku yarışını Kolumbiya və Argentina qəbul etməli idi. Mayda CONMEBOL Kolumbiyanı ölkədə kütləvi etirazlara görə yarışın keçirilməsi hüququndan məhrum edib. Ötən ayın sonunda təşkilat elan edib ki, Argentina da matçları qəbul edə bilməyəcək. Buna ölkədəki koronavirus pandemiyası səbəb olub. Amerika Kuboku Braziliyada iyunun 13-dən iyulun 10-a qədər keçirilməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail