Yakub Jezniçak Mahiri polşalılara təriflədi - MÜSAHİBƏ

07.06.2021 | 1176 dəfə oxunub

"Qarabağ"ın və "Legiya"nın sabiq futbolçusu Yakub Jezniçak Mahir Emrelinin Varşava təmsilçisinə transferi barədə POlşa mətbuatına geniş müsahibə verib: 

- "Qarabağ"da oynadığı dövrlərdən tanıdığınız Mahir Emreli "Legiya"ya qoşulur. Bu, paytaxt klubu üçün yaxşı transferdir?

- Məncə çox yaxşıdır. Hər şeydən əvvəl Mahir hələ gənc bir oyunçudur. İkincisi, onun "Legiya"nın üslubuna uyğun olduğunu düşünürəm. Qeyd etmək lazımdır ki, "Qarabağ" da "Legiya" kimi çox oyun keçirir və yerli liqada üstünlük təşkil edir. Düşünürəm ki, dərhal heyətə düşə bilən və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudur. "Legia"ya başqa klublardan və liqalardan gələn futbolçuların əvvəllər fərqli bir sistemdə çalışdıqları və fərqli tərzdə oynadıqları çox olur. Mahirə gəlincə, bu problem olmayacaq, "Legiya"nın necə oyun üslubuna uyğunlaşacaq. Üstəlik güclü, sürətli, çox yaxşı bir sol ayağı, texnikası var.

- Onun Azərbaycanın ən yaxşı futbolçusu olduğunu qeyd etdiniz. Bəs, onun liqanın ən yaxşı hücumçusu olacağını demək olar? Həmçinin, "Qarabağ" əvvəlki mövsümdə "Legiya"ya 3:0 hesabı ilə qalib gəlib.

- Düşünürəm ki, bu cür müzakirələrin mənası yoxdur. Mahir "Legiya" üçün keyfiyyət göstərməli və qol vurmalıdır. Emrelinin böyük potensialı var. Düşünürəm ki, zərbə vuranda bu, onun komandasının xeyrinə olacaq. Mən onunla danışdım. "Legiya"ya transferinə möhtəşəm Avropa futbolunun bir dayanacağı kimi baxması çox xoşuma gəlir.

- Emrelinin ən böyük üstünlüyü nədir?

- Sol ayaq zərbəsi. Top ayağına düşəndə qapıya çox tez zərbə vurur. Zərbəsi çox güclüdür. Texniki cəhətdən də yaxşıdır.

- Əks-hücumlar üçün keyfiyyətlidir?

- Mahirin hər iki taktikaya da uyğun gələcəyini düşünürəm. Mahir kombinasiyalı oyuna da uyğundur. Azərbaycanda ümumiyyətlə, hücumameyilli cinah oyunçuları var. Düşünürəm ki, Mahirin çıxışı kombinasiya oyununda da yaxşı alınacaq.

- Bəs, onun zəif tərəfləri nədir?

- Hava mübarizələri və ya ona uzun ötürmələr zamanı problem yaşaya bilər. Onun korpusla oyunu yüksək səviyyədə deyildi. "Qarabağ"da çıxış etdiyim anı nəzərdə tuturam. Sonra oyunlarını izləməmişəm. Əgər bu səhvləri düzəldibsə, deməli, çatışmazlıqlar çox deyil.

- Mahir həm də sizin dostunuzdur. O, hansı xarakterə sahibdir?

- İnsanlara çox açıqdır. Azərbaycanda elə bir mədəniyyət var ki, onlar yaxınları ilə görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc olanda "Lans" akademiyasında təhsil alıb. O bir müsəlmandır. Həmişə yerli və əcnəbi komanda yoldaşları ilə çox yaxşı əlaqə qururdu. Zarafatlar edir və ingilis dilində çox danışır. Rus dilində də, Azərbaycan dilində də, türkcə də danışa bilir. O, Fransız dilində də ünsiyyət qurur. Lakin "Qarabağ"da bu dildə danışacaq bir adamı yox idi. İnanıram ki, Polşa dilini də tez öyrənə bilər. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadığı üçün belə düşünürəm. "Legiya"nın onunla heç bir problemi olmayacağına inanıram. Düşünürəm ki, uyğunlaşma tez və asanlıqla həyata keçiriləcəkdir.

- Həmyerliləri Polşada onu çox isti qarşıladılar. Mahir Azərbaycanda o qədər çox bəyənilir, yoxsa azərbaycanlılar hamıya belə münasibət göstərir?

- Hər iki amil var. Bu, məni təəccübləndirmədi. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış olmuşam. İnstaqramda onlarla yazışıb, görüşmüşəm. Azərbaycanlılar tanıdıqları şəxslə yaxından maraqlanan insanlardır. Digər tərəfdən, Mahir orada ulduz idi, çox populyar bir futbolçudur.

- Mahir də səmimi görünürdü.

Hə, hə. Hamı ilə çox tez əlaqə qurur. Azərbaycana gedən bir neçə gün sonra onunla tanış olduq. O və İbrahim Şehiç iki il ərzində ən yaxşı münasibətdə olduqlarım idilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2021

00:55  Finlandiya - Rusiya - 0:1 VİDEO

00:52  Türkiyə - Uels - 0:2 VİDEO

16.06.2021

11:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:55  Fransa - Almaniya - 1:0 VİDEO

15.06.2021

11:23  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:01  İspaniya - İsveç - 0:0 VİDEO

14.06.2021

22:56  Polşa - Slovakiya - 1:2 VİDEO

13.06.2021

11:48  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:31  Belçika – Rusiya 3:0 VİDEO

12.06.2021

19:17  Uels - İsveçrə - 1:1 VİDEO

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.06.2021

10.06.2021

09.06.2021

08.06.2021

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

07.06.2021

06.06.2021

21:52  Millimiz səfərdə Moldovaya uduzdu - YENİLƏNİB

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail