Mahirdən vida mesaji

08.06.2021 | 4162 dəfə oxunub

Yaxın günlərdə Polşanın “Legiya” klubu ilə müqavilə imzalayacaq Mahir Emreli “Qarabağ”la vidalaşıb. Stadium.Az xəbər verir ki, o, bununla bağlı özünün instaqram səhifəsində yazıb:

“Bu yazını qələmə almaq çox çətindir. Bəzən elə anlar olur ki, hisslərini ifadə etməyə çətinlik çəkirsən. Amma hər son, bir yeninin başlanğıcıdır. Kiçik yaşlarımda başlayan xəyallar məni “Bakı” FK akademiyasına gətirdi. Orada böyüdüm. 18 yaşım tamam olan gün, məhz doğum günündə karyeramda ən önəmli qərarlardan birini verdim. Azərbaycanın ən böyük klubu – “Qarabağ”la müqavilə imzalamışdım. Yeniyetmə Mahir bəlkə də o dövrdə hara gəldiyinin, onu nələr gözlədiyinin fərqində deyildi. “Qarabağ” təcrübəsi məni daha da böyütdü, müdrikləşdirdi. Şübhəsiz bunda mənə yeri gələndə böyük qardaş, hətta ata əvəzi olan hocamın – Qurban Qurbanovun zəhməti danılmazdır. Ona nə qədər təşəkkür etsəm, azdır.

5 mövsüm ərzində ardıcıl çempionluqlar, Avropada qrup mərhələsi… Və “Qarabağ” tarixinin ən çox qol vuran ikinci futbolçusu… Futbol azarkeşləri üçün ana laylası qədər doğma olan Çempionlar Liqasının himnini canlı dinləmək. Hətta bu yolda ən vacib qollardan vuran biri olmaq. Sözlə ifadə olunmayacaq hisslərdir. Vaxt yetişmişdi. Avropada Azərbaycan futboluna, azərbaycanlı futbolçulara inam yaratmaq  zamanı. Cənnət Qarabağ azad olunduqdan sonra “Qarabağ”dan ayrılmaq…
Məni yeni çağırış gözləyir. Karyeramı vətəndən xeyli uzaqda davam etdirəcəyəm. Bunu çox yaxşı dərk edirəm ki, mən gözəl ölkəmi təmsil edəcəyəm. Bu sözləri qələmə alarkən qəhərlənməmək əldə deyil.”Qarabağ”dan məni mən edən iki klubdan birindən ayrılmaq  çətindir.

Karyeramın qalan hissəsində hər addımımda dəstəyinizi hiss edəcəyimdən əminəm. Məni sevən və sevməyən, tərifləyən və tənqid edən, hətta bəzən təhqir edən bütün azarkeşlərimizin anasının əllərindən öpürəm.

Buradan sizə dərin təşəkkürlərimi çatdırır, mənim üçün doğma olan “Qarabağ”a növbəti mövsümlərdə uğurlar uğurlar arzu edirəm. Yenə görüşəcəyik. “Qarabağ”ı Qarabağda izləmək üçün…”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail