Roberto Mançini: "Yarışa yaxşı başlamağımız vacib idi"

12.06.2021 | 1726 dəfə oxunub

Avro-2020-nin açılış matçında Türkiyəyə qalib gələn (3:0) İtaliya millisinin baş məşqçisi Roberto Mançini bu görüş haqqında fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, mütəxəssis deyib:

"Bu oyun elə də asan olmadı. Qrupda həqiqətən də bir bərabərlik olacaq. Yaxşı bir komandaya qarşı çıxış etdik. Bundan sonrakı matçlar daha da çətin olacaq. İsveçrə. Türkiyə və Uels milliləri yaxşı komandalardır. Bu gün Türkiyə yığmasının futbolçularına seçim şansı vermədik və boş mövqe yaratmadıq. Aramızdakı fərq bu idi.

Belə matçlarda hər şeyə ehtiyacınız olur. Tribunalardakı azarkeşlərimizin dəstəyi bizə kömək etdi. Xoşbəxtik. Düşünürəm ki, komanda həqiqətən də yaxşı oynadı. Əsas rolu topu sürətlə hərəkət etdirməyimiz, ötürməni almaq üçün futbolçularımızın düzgün mövqedə olması oynandı. Yarışa yaxşı başlamağımız vacib idi. Azarkeşlərimiz və bütün italiyalıları sevindirdiyimiz üçün xoşbəxtik. Bu axşam çox gözəl keçdi və ümid edirik ki, növbəti matçlarda daha çox şey edə bilərik. Bu hələ son deyil. Qarşıda altı oyun var".

Türkiyə millisi iyunun 16-da Bakıda Uelslə qarşılaşacaq. Görüş 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail