"Millidə 109 yox, 111 qol vurmuşam"

28.06.2021 | 3580 dəfə oxunub

İran millisinin əslən azərbaycanlı olan sabiq futbolçu Əli Daei Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun onun dünya rekordunu təkrarlaması haqqında növbəti açıqlama verib. 

Stadium.Az xəbər verir ki, Ronaldo Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə Əli Daeinin dünya rekorduna şərik olub (109 qol).

36 yaşlı hücumçu daha bir dünya rekordunu qırmağa çox yaxın olsa da, Portuqaliya millisi 1/8 finalda Belçika səddini aşa bilməyib və mübarizəni dayandırıb. Ronaldo isə son oyunda qol vurmağa müvəffəq olmayıb. Əli Daei bununla bağlı AS-a açıqlamasında deyib:

“Ronaldonun rekordumu qıracağını gözləyirdim. Əslində millidə 109 yox, 111 qol vurmuşam, amma bunun artıq əhəmiyyəti yoxdur. İnanıram  ki, oyun tərzi və yaxşı forması sayəsində Kriştiano daha çox qol vuracaq. Bu rekordu qazanmağa layiq olduğunu bilirəm. Belə bir oyunçunun rekordumu təkrarlaması mənim üçün şərəfdir".

Əli Daei Asiya Oyunlarında Əfqanıstana 2 qol vurub. Lakin FİFA bu turnirdəki qolları hesaba almır. Qurum bu turnirdəki yığmaları Olimpiya milisi kimi qəbul edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.07.2021

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze

18:53  "Onlar üçün çox darıxmışıq" - Qara Qarayev

13.07.2021

09:22  "Neymar mənim varisimdir" - məşhur ulduzdan etiraf

09.07.2021

08.07.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail