"Qarabağ" və "Neftçi" bu səbəbdən Portuqaliya "bazar"ına üz tutub

13.07.2021 | 5656 dəfə oxunub

Azərbaycan klubları bu yay “transfer pəncərəsi”ndə Portuqaliya “bazar”ına üz tutub. "Neftçi" "Eştoril"dən Harramiz Soaresi və Huqo Bastonu transfer edib. "Qarabağ" isə "Vilafranquense"dən Kadi Borqesi heyətinə qatıb. Ağdam təmsilçisi digər Portuqaliya təmsilçisi "Vitoriya"nın hücumçusu Abdul-Aziz Yakubunun transferindən isə son anda vaz keçib.

Görəsən, klublarımızın Portuqaliyaya üstünlük verməsinin səbəbi nədir? 

Stadium.az xəbər verir ki, bu suala cavab olaraq Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli bunları deyib. "Portuqaliya ikinci liqası Belçika, Hollandiya və Danimarka kimi ölkələrin ikinci liqalarından daha səviyyəlidir. Hətta mən deyərdim ki, futbol olaraq İspaniya Sequndası ilə rəqabət apara biləcək çempionatdır. Amma məvacib olaraq bizim bazara çox uyğundur. Məncə, "Neftçi" və "Qarabağ"ın bu addımını doğru qiymətləndirmək olar".

"Klublarımızın yaxşı futbolçu üçün başqa hansı ölkələrə üz tutmasını uyğun sayırsınız?" sualını isə Heydərli belə cavablandırıb: "Cənubi Amerika və Afrika bazarına üz tutmaları da münasib olar. Ancaq ora böyük klublar və ya bizdən öndə olan ölkələrin klubları o qədər diqqət edirlər ki, biz orda rəqabət apara bilmirik. Sadəcə təklif olunana baxırıq. Heç kim gedib yerində oyunçu izləyə bilmir. Məşqçilərimiz daha çox hazır olan futbolçu axtarırlar. Kiməsə keyfiyyəti olan, amma 2-3 ay oynamayan futbolçu təklif edəndə baxmır. Hazır oyunçunun da qiyməti yüksək və tələbat çox olur"

O, "Neftçi" və "Qarabağ"ın Portuqaliyadan etdiyi transferlərlə bağlı fikir bildirməyin tez olduğunu deytib: "Bu barədə indidən nəsə demək peşəkar yanaşma olmaz. Gəldikləri bir ay deyil. Amma bəzi məqamlar var ki, futbolu bildiklərini göstərirlər. Futbol dili ilə desək klasları var. Amma daha geniş fikir bildirmək üçün zamana ehtiyac var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail