"Neftçi" növbəti mərhələdə

14.07.2021 | 5636 dəfə oxunub

Azərbaycan çempionu “Neftçi” bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) növbəti matçına çıxıb.

Stadium.az xəbər verir ki, paytaxt təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasını qəbul edib. Bu komandalar arasında səfərdə baş tutan ilk oyun “ağ-qaralar”ın qələbəsiylə yekunlaşmışdı – 2:1. Bu üzdən Bakı klubuna mərhələ adlamaq üçün heç-heçə də sərf edirdi. “Bakcell Arena”da baş tutan oyunu azarkeşlər də tribunadan izləyib. Son 9 avrokubok görüşünü qolsuz tərk etməyən “ağ-qaralar”ın bu dəfə də rəqib qapısına yol tapa bilib. Qarşılaşmada hesabı gürcülər açıblar. Amma sonradan iki qol vuran “Neftçi” yenə 2:1 qalib gəlib. Beləcə, Azərbaycan çempionu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu cütün qalibi – “Neftçi” ÇL-in 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq. Məğlub komanda – “Dinamo” isə yoluna Konfrans Liqasında davam edəcək. Bu komandanı “Makkabi” (Hayfa, İsrail) ilə duel gözləyir.

UEFA Çempionlar Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunu

14 iyul Neftçi – Dinamo (Tiflis) 2:1

Qol: E.Mahmudov, 58-pen. N.Ələsgərov, 68 – M.Radin, 51. Baş hakim: Dumitru Muntean (Moldova). Bakı. “Bakcell Arena”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail