Ayxan Abbasov: "Bilirdik ki, evdə üstünlüyümüz olacaq" - MÜSAHİBƏ

19.07.2021 | 4812 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiya "Çukariçki"si ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin səfər oyunu öncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb.

- Təlim-məşq toplanışı başa çatdı. Yəqin ki, rəqibi də az-çox tanıyırsınız...

- Əlbəttə, hər iki komanda bir-birini tanıyır. Onların üstünlüyü odur ki, çempionatda bir tur oynayıblar. Bunun bizə də xeyri oldu ki, rəqibi rəsmi oyunda gördük. İki heyətə malik yaxşı komandadır. Biz də hazır olmağa çalışmışıq. Düzdür, bir az çətinliklərimiz, zədəlilərimiz var idi. Şükürlər olsun ki, artıq sağalıblar. Səfərə yaxşı nəticə üçün gedirik.

- İlk oyun öncəsi əsas problem hansı mövqelərlə bağlıdır? Ümumiyyətlə, transfer dönəminin bura qədər olan hissəsi istədiyiniz kimi keçdimi?

- Bilirsiniz ki, transferlərimizi yalnız yerli bazarda həyata keçirdik. Hücum, yarımmüdafiə və müdafiə xəttinə yeni oyunçular gətirmək istəyirik. Bunda müəyyən gecikməmiz olur. Əsas odur ki, heyətimizi qorumuşuq. Zədə olmasa, indiki məqamda heyətlə bağlı problem yoxdur. Amma gələcəkdə güclənməyə ehtiyacımız var.

- Mərhələ keçmək təcrübəniz var. Bu amil qarşıdakı oyunlarda sizə kömək edə bilərmi?

- Əlbəttə, həm "Zirə"də, həm də "Sumqayıt" avrokubok təcrübəsi yaşamışam. Komandamız həmin ab-havanı hiss etdiyi üçün indi daha rahatdır. "Çukariçki" də bizə uyğun rəqibdir, gücünü bilirik. Oynamaq olar. Əlimizdən gələni edəcəyik.

- Əvvəlki illərdən fərqli olaraq, "Sumqayıt" bu dəfə heyətin özəyini qoruya bilib. Bu mənada, komandanın öz oyun üslubunu inkişaf etdirmək imkanı var...

- Hazırda bizim əsas üstünlüyümüz budur. Amma komandada rəqabətin, oyunçuları əvəz edə biləcək ehtiyat qüvvənin olması önəmlidir. ötən mövsümdəki oyunumuzu daha da inkişaf etdirməliyik. Hər şeyi gələcək göstərəcək.

- Sizcə, hazırkı heyət mərhələni keçmək üçün kifayət edəcəkmi? Çünki elə mövqelər var ki, məsələn, hücum xəttində cəmi 1 oyunçunuz var...

- Bu heyətlə Konfrans Liqasında bir-iki oyun keçirmək bizə çətinlik yaratmaz. Amma çempionatda bu kollektivlə çətin olacaq. Çünki komandada əsasən gənclərdir. 3 futbolçu götürə bilsək, çempionatda da öz oyunumuzu oynayacağıq.

- Artıq bir-iki komandamızda koronavirusa yoluxma halları aşkarlanıb. Bu amil sizi narahat etmir?

- Əlbəttə, narahat edir. Bilirsiniz ki, ötən il çox əziyyət çəkdik. Bir tərəfdən çempionata hazırlaşmağın stressi, digər tərəfdən də koronavirus. Türkiyədə yoldaşlıq oyunu öncəsi testlər verdik. Şükürlər olsun, heç kimdə virus çıxmadı. Amma bu təhlükə davam edir və hər an hər şey ola bilər.

- Səfər qolu qaydasının ləğv olunmasının komandanız üçün hər hansı üstünlüyü varmı?

- Əvvəl ilk oyun səfərdə olanda qol buraxmamağa və ya ən azı bir qol vurmağa konsentrasiya olurduq. Bilirdik ki, evdə üstünlüyümüz olacaq. İndi o psixologiya yoxdur. İki oyunun nəticəsinə köklənmişik. Komandanı da buna uyğun hazırlayırıq.

- Heyətdə zədəli, ötən mövsümdən cəzası qalan futbolçu varmı?

- Yalnız Tellur Mütəllimov ötən mövsüm aldığı qırmızı vərəqə görə ilk oyunu buraxacaq. Qalan futbolçularımızla bağlı vəziyyət qaydasındadır.

- Yəqin, səfərdə də koronavirus testi verəcəksiniz...

- Bəli, burada da test verdik, orada da analiz götürüləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail