Ozobiç: "Xorvatiya millisinə çağırılmaq şansımın olmadığını qəbul edirdim"

19.07.2021 | 4510 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Filip Ozobiç növbəti dəfə milliləşdirilməsi barədə danışıb. Stadium.Az xəbər verir ki, xorvat yarımmüdafiəçi "Sportske novosti" nəşrinə müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

O, Xorvatiya yox, Azərbaycan millisini seçməsini belə əsaslandırıb: "Xorvatiya millisinə çağırılmaq şansımın olmadığını qəbul edirdim. 30 yaşım var, realist biriyəm. Ona görə də 2 variantdan birini seçməli idim: ya ümumiyyətlə, milli səviyyəsində çıxış etməmək, ya da Azərbaycan yığmasında oynamaq".

Ozobiçin sözlərinə görə, Canni de Byazi Azərbaycan millisinə baş məşqçi təyin edildiyi ilk vaxtlardan onu komandasına dəvət etmək istəyib. Bununla bağlı onların arasında görüş də keçirilib. Görüşdə italiyalı mütəxəssis Ozobiçə dair planlarını açıqlayıb.

O, millimizdə oynamaqla bağlı FİFA-nın icazəsi haqda ilk dəfə De Byazidən xəbər aldığını söyləyib: "Mənə zəng vurub dedi ki, FIFA oynamağına icazə verir və sən artıq Azərbaycan millisinin üzvüsən. Təbriklərini çatdırdı. Mən isə söz verdim ki, milliyə əlimdən gələn köməyi edəcəyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail