Tokio:2020: Rüstəm Orucov bürünc də qazana bilmədi - YENİLƏNİB
Bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Stadium.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Tokio-2020-dəki bayraqdarlarından biri olan idmançımız ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb.
Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.
O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb. Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib.
Rio-2016-nın və 2019-cu il dünya çempionatının finalında Olimpiya gümüş mükafatçımız Orucov məhz Ono Şoheiyə uduzub. İdmançımız bugünkü qarşılaşmada da məğlubiyyətə uğrayıb (ipponla). O, təsəlliverici görüşdə iştirak edəcək. Bürünc medal uğrunda görüş üçün vəsiqə uğrunda onun rəqibi Kosovo idmançısı Akil Gjakova olacaq.
Təsəlliverici, yarımfinal, bürünc medal uğrunda görüşlər və final Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçiriləcək.
***
Rüstəm təsəlliverici görüşdə iştirak edib. Onun rəqibi Kosovo idmançısı Akil Gjakova olub. Əsas vaxtı 0:0 başa çatan görüşdə idmançımız əlavə vaxtda qızıl xalla qalib gələrək (1:0) bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi Cənubi Koreyadan An Changrim olub. Rüstəm bu görüşdə vazari xalı ilə uduzaraq medalsız qalıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |