Qurban Qurbanov: "Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq"

29.07.2021 | 3779 dəfə oxunub

"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aşdod"la (İsrail) cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O, komandasının çox istəkli olduğunu bildirib: "Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".

Bu gün İsraildə keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail