Sənan Qurbanov: Futbolçular əllərindən gələni etdilər".

30.07.2021 | 4358 dəfə oxunub

"Birinci oyunda da məğlub olmuşduq. Evdə bəzi risklər etməliydik". Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda "Soçi"yə uduzduqları (2:4) cavab matçından sonra mətbuat konfransında deyib.

"Keşlə" iki oyunun (0:3, 2:4) nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb. Sənan Qurbanov rəqiblə bacara bilmədiklərini etiraf edib:

"Futbolçular vuruşdular, döyüşdülər, qələbə qazanmaq üçün çalışdılar. Amma rəqibin müdafiə xəttində çox ciddi oyunçular var və istədiklərimizi reallaşdırmağa imkan vermədilər. Rəqibin 3 mərkəz müdafiəçisi, demək olar, bütün hücumlarımızın qarşısını alırdılar. Qol buraxdıq, lakin üzən məqam odur ki, çox qol buraxdıq. Evdə riski gözaltına aldıq, əvəzetmələr də riskli idi. Qol vurmaq istəyirdik, buna görə də, hücumameyilli futbolçuları meydana buraxdıq. Deməzdim ki, bu, bizdə uğurlu alındı, amma bunu etməli idik. Ancaq qələbə qazanmaq istəyirdik. Bəlkə də 2:2 hesabını qorumaq olardı, ancaq qol vurub qələbə qazanmaq istəyirdik. Futbolçular əllərindən gələni etdilər, bu oyun artıq geridə qaldı, gələcəyə baxmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail