"Qarabağ"ın AEL-lə oyunları üçün hakim təyinatları

31.07.2021 | 4425 dəfə oxunub

"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kipr AEL-i ilə hər iki oyunu üçün hakim təyinatları açıqlanıb.

Stadium.Az UEFA-nın saytına istinadən xəbər verir ki, Larnaka şəhərindəki ilk matçın baş hakimi İsveç Futbol Federasiyasından Qlenn Nyuberq olacaq. Ona həmyerliləri Mahbod Beygi, Andreas Söderkvist köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Boyan Panciç yerinə yetirəcək.

Bakıda keçiriləcək cavab görüşü isə Estoniya Futbol Federasiyasından Kristo Toverə tapşırılıb. Yan xətt hakimləri Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

Avqustun 5-i "AEK Arena"da keçirələcək AEK - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılamasına isə saat 20:00-da start veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail