Tahir Gözəl: "Daha güclü heyətin qurulması üçün tapşırıqlar vermişəm"

31.07.2021 | 4269 dəfə oxunub

"Aşdod"la oyunda qazandığımız qələbə və “Qarabağ"ın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən azarkeşləri təbrik edirəm. "Aşdod"la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində komanda indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edir: "Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan “Qarabağ” görəcəyik".

Tahir Gözəlin sözlərinə görə, "Qarabağ" klub olaraq böyüüb, təcrübə toplayıb: "Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. "Aşdod"la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burada mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq".

"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu avqustun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail