Elnur Məmmədli cüdoçuları tənqid etdi

02.08.2021 | 6175 dəfə oxunub

"Bizim cüdoçular çox güclü və perspektivli idmançılardır. Kişilərin yarışında 7 çəki dərəcəsinin hamısında lisenziya qazanmışdıq. Bu, böyük uğur idi. Amma olimpiadada gözlədiyimiz nəticələri əldə edə bilmədik".

Bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını medalsız başa vurması barədə danışarkən deyib.

O, milli komandanın müxtəlif təlim-məşq toplanışlarında və yarışlarda iştirak etdiyini xatırladıb: "Cüdoçular güləşmədilər və vuruşmadılar. Onların formaları da qaydasında idi. Çünki bir ay əvvəl idmançılarımız müxtəlif çəki dərəcələrində dünya və Avropa çempionatlarında medal qazanmışdılar. Bunların uğursuzluğu məni və hamını şoka saldı. Olimpiadalarda sürprizlər olur. Bəzən Avropa, dünya və olimpiya çempionları da məğlubiyyətlə üzləşir, sıradan idmançı isə medal qazanır. Yay Olimpiya Oyunlarının gözəlliyi də bundadır".

Məmmədlinin sözlərinə görə, uğursuzluğun səbəbi haqqında cüdoçuların danışmaları məntiqə daha uyğundur: "Ola bilər ki, kimsə pis yatıb, xəstələnib və s. Bunu daha dəqiq özləri bilər. Amma mütəxəssis, olimpiya çempionu və vitse-prezident kimi deyə bilərəm ki, bu, həqiqətən bizim üçün gözlənilməz oldu. Düşünürdük ki, hər çəkidə bizim medalımız olacaq".

Vitse-prezident 78 kq-dan yuxarı çəkidə bürünc medal əldə edən qadın cüdoçu İrina Kindzerska haqqında da danışıb: "Biz federasiya olaraq çalışırıq ki, xanımlar cüdo idman növü ilə məşğul olsunlar. Kindzerskanın medal qazanması çox sevindirici oldu. Uğurun sirrini deyə bilmərəm. Onu bilirəm ki, İrina vuruşdu. Kindzerskanı çox yarışda görmüşəm, amma bu olimpiadada fantastik mübarizə apardı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail