Canni De Byazi: "Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq"

31.08.2021 | 7232 dəfə oxunub

"Sabah qrupda 3-cü oyunumuza çıxacağıq. Çox vacib qarşılaşmadır. Hazırda xalımız yoxdur. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun göstərəcəyik".

Stadium.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqa qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis artıq start heyəti müəyyənləşdirdiyini bildirib: "Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik".

De Byazinin sözlərinə görə, komandası ilk növbədə istəkli olmalıdır: "Bunun üzərində işləmişik. Komandamız getdikcə daha da inkişaf edir. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".

Təcrübəli baş məşqçi hücum xəttində kimə şans verəcəyini açıqlamayıb: "İstərdim ki, bütün futbolçularım əllərindən gələni etsin. 5 əvəzetmə haqqımız var. Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək".

De Byazi deyib ki, vaxt komandanın daha yaxşı çıxış etməsi üçün çox kömək ola bilər: "Bir gündə hər şeyi dəyişmək olmaz. Artıq daha çox inanmağa başlayırıq. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram".

Qeyd edək ki, sentyabrın 1-də Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail