"Vəziyyətimiz ürəkaçan deyil" - Ramin Quliyev

26.09.2021 | 2307 dəfə oxunub

"Bu gün uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar çempiona qarşı oynadıqlarını hiss etdirmədilər".

Stadium.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 5-ci tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandası hər iki qolu adi epizodlardan buraxıb. Quliyev bunu bəxtsizliklə əlaqələndirib. O, yaratdıqları epizodlardan maksimum yararlana bilmədiklərini söyləyib: "Bu gün nəinki bərabərlik qolunu vura, hətta hesabı xeyrimizə dəyişə bilərdik. Kimə qarşı oynadığımızı bilirdik. Bununla belə, qol buraxdıqdan sonra da özünəinam hissi ilə çıxış etdik. Məğlubiyyətlər komandamıza inamsızlıq gətirir".

Futbolçuların əzmkarlıq göstərdiyini deyən baş məşqçi sərt qərarlar verməyi doğru saymayıb: "Bu məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirərdim. Adi vəziyyətdən qol buraxırıq, amma bir metrdən qol vura bilmirik. Bu gün Sebalyos yaxşı oynadı. O, gələndə 4 ay futbol oynamamışdı. Artıq o, komandaya uyğunlaşıb, əsas heyət üzvüdür. Məğlubiyyətləri qəbul edirəm. Amma oyundan-oyuna komandamız formalaşır. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. 5 oyuna 1 xalımız var. Qərarı verən rəhbərlikdir. Futbolda belə şeylər olur. Yenə də rəhbərliklə danışacağam. Hər şeyi açıq danışacağam. Düşdüyümüz vəziyyət mənə xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq". Quliyev növbəti turlarda rəhbərliyin inamını qaytarmağa çalışacaqlarını da dilə gətirib: "Növbəti turda "Keşlə" ilə qarşılaşacağıq. İki autsayder oynayacaq. Hərəmizin bir xalı var. "Keşlə"yə də xüsusi yanaşırıq. Hər şeyin başında qələbə durur. Düşdüyümüz vəziyyət ürəkaçan deyil".

Baş məşqçi gənc futbolçu Camal Cəfərova irad deyil, inam verməyə çalışdığını da diqqətə çatdırıb: "Onu dəstəkləmək üçün yanıma çağırdım. Kənardakılara başqa cür görünməsin".(report.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.12.2021

02:48  "Real" - "Atletik" - 0:1 VİDEO

02:22  "İnter" - "Spezia" - 2:0 VİDEO

02:05  "Cenoa" - "Milan" - 0:3 VİDEO

01.12.2021

30.11.2021

29.11.2021

15:20  “Qəbələ” - “Qarabağ" - HEYƏTLƏR

11:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:13  "Real" - "Sevilya" - 2:1 VİDEO

01:38  "Sent Etienn" - PSJ - 1:3 VİDEO

28.11.2021

14:58  “Sumqayıt” - "Zirə" - HEYƏTLƏR

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.11.2021

20:10  "Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:23  "Neftçi" - "Səbail" - HEYƏTLƏR

14:22  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

11:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.11.2021

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

25.11.2021

20:32  "Qarabağ" - "Omoniya" - HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail