Elxan Məmmədov: "Kəpəz"in Premyer Liqada iştirak etməsini istəyirik"

19.11.2021 | 1492 dəfə oxunub

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı birinci divizion təmsilçisi “Kəpəz”in Premyer Liqada çıxış edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Stadium.Az xəbər verir ki, o, Gəncə təmsilçisinin növbəti mövsümdən elitaya qayıtmasını istisna etməyib: “Kəpəz"in Premyer Liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır. 2022/23 mövsümündən elitada 10 klubun iştirakını planlaşdırırıq. Ümid edirəm ki, "Kəpəz" də həmin komandaların arasında olacaq".

Elxan Məmmədov Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib: "Bu ilin sonunadək inşaat işləri başlanacaq. AFFA ötən il UEFA və FİFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək".
 
O, akademiya ərazisində əlavə 2 meydança inşa ediləcəyini vurğulayıb: “Uzaq yoldan gələn uşaqların qalması üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin olunacaqlar".
 
"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı məsələyə də toxunan E. Məmmədov arenanın Dövlət Proqramına salındığını və yaxın gələcəkdə işlərə başlanacağını söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2021

14:58  “Sumqayıt” - "Zirə" - HEYƏTLƏR

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.11.2021

20:10  "Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:23  "Neftçi" - "Səbail" - HEYƏTLƏR

14:22  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

11:47  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.11.2021

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

25.11.2021

20:32  "Qarabağ" - "Omoniya" - HEYƏTLƏR

02:36  "Şerif" - "Real" - 0:3 VİDEO

24.11.2021

10:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04:24  "Malmö" - "Zenit" - 1:1 VİDEO

03:19  "Lill" - "Zalsburq" - 1:0 VİDEO

23.11.2021

21.11.2021

11:33  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:33  PSJ - "Nant" - 3:1 VİDEO

00:25  "Lester" - "Çelsi" - 0:3 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail