Güləş üzrə Azərbaycan çempionatının vaxtı bəlli oldu

24.11.2021 | 3597 dəfə oxunub

Dekabrın 7-dən 9-dək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Stadium.Az xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında baş tutacaq.

Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq.

Çempionatın proqramına əsasən, dekabrın 7-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək. Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Ölkə ərazisində davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail