"Qəbələ" 14 oyunda 19 futbolçudan istifadə edib

25.12.2021 | 8117 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk hissəsi başa çatıb. “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – İsniklə Nicat bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. 19 futbolçudan 13-ü matçların yarıdan çoxunda - ən azı 8 qarşılaşmada iştirak edib.

Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ülvi İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.

İsnik Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradovla Yaovi Akakponun hərəsinin 2 qolu var. 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail