-

1' Oyun başlandı.
10' "Neftçi" hesabı aça bilərdi, lakin Mirhüseyn Seyidov topu baş qapıdan keçirə bilmir.
18' QOOOL: Mirhüseyn Seyidovun künc ötürməsindən sonra Georgievski möhtəşəm qola imza atır - 1:0.
25' "Terek"in təhlükəli hücumunun sonunda İqor Lebedenko topu qapının yanından çölə vurur.
29' Bahodir Nasimovu yıxırlar, lakin hakim yüz faizlik penaltini qeydə almır.
29' Bu epizodda hakimə haqqlı olaraq etiraz edən Bahodir və Cavid Hüseynov sarı vərəqə alır.
33' Oleq İvanov və Cavid İmamverdiyev arasında münaqişədən sonra hər iki futbolçu sarı vərəqə ilə cəzalandırılır.
36' "Terek" qola yaxın oldu. Blaqoy Georgiyevin cərimə zərbəsindən vurduğu top qapı dirəyindən geri qayıdır.
40' Rauf Mehdiyev də hakimə etiraza görə cəzalandırılır. Artıq rus hakimin "Neftçi"yə qarşı qərəzli idarəçiliyi açıq-aşkar görünür.
44' "Neftçi"nin bəxti gətirir. Musavenski 2 metrlik məsafədən topu qapı tirinə nişanlayır.
' İlk hissə başa çatdı.
' İkinci hissə başlandı.
46' "Neftçi"də dəyişiklik: Qapıçı Rauf Mehdiyev yerini Saşa Stamenkoviçə verir.
48' QOOOL: Bahodir Nasimovun ötürməsindən sonra Cavid İmamverdiyev topu qapıdan keçirir - 2:0.
52' Mirhüseyn Seyidovun təxminən 35 metrdən vurduğu zərbədən sonra "Terek"in qapıçısı çətinliklə topu tirin üstündən aşırır.
55' "Terek"də dəyişiklik: Essame meydandan çıxır, Zaur Sadayev oyuna daxil olur.
60' "Terek"in heyətində Aleksandr Pavlenko yerini Stanislav Muriksinə verir.
61' "Terek" yenə qola yaxın oldu. Oyuna yeni daxil olmuş Zaur Sadayev qapıya 4-5 metrlik məsafədən başla qeyri-dəqiq oynadı.
66' QOOOL: Cavid Hüseynov cərimə meydançasının küncündən topu qapının uzaq yuxarı küncünə göndərir və fantastik qola imza atır - 3:0.
76' "Terek"ın sağ cinahdan hücumu təhlükəli oldu. Cinah ötürməsindən sonra Musavenki topu boş qapıya vura bilmir.
77' "Neftçi"də dəyişiklik: Cavid İmamverdiyevin əvəzinə meydana Kənan Manafov çıxır.
78' 4-cü qolu vurmaq olardı. Cavid Hüseynovun zərbəsindən sonra top dirəkdən qayıdır.
88' "Neftçi"dən dəyişiklik: Bahodir Nasimovn əvəzinə meydana İlham Allahverdiyev daxil olur.
' Oyun başa çatdı.
Son oyunlar
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail