"İnter" hakimlərdən AFFA-ya şikayət etdi
"İnter" Azırbaycan Premyer Liqasının XXVI turunun aprelin 1-də “Xəzər Lənkəran”la səfərdə keçirilən matçın hakimlər briqadasının idarəçiliyi ilə bağlı AFFA və PFL rəhbərliyinə müraciət ünvanlayıb. Stadium.az klubun saytına istinadən yaydığı məlumata görə, rəsmi müraciətdə baş hakim Elçin Məmmədovun qarşılaşma boyu buraxdığı kobud səhvlərdən narazılıq ifadə olunub.
“İnter” bu matçda Məmmədovun rəhbərliyi altında qarşılaşmanı idarə edən hakimlər briqadası tərəfindən idman mübarizəsinin prinsiplərinə uyğun gəlməyən hərəkətlərə yol verməyindən şikayətlənir: “Matçın 41-ci dəqiqəsində Əziz Quliyevə ikinci sarı vərəqə göstərilməsinə və penalti təyin edilməsinə etirazımızı bildiririk. Bundan başqa, “İnter”in müdafiəçisi Valeri Abramidze zədə aldığı üçün yerə yıxılmasına baxmayaraq, baş hakim Elçin Məmmədov qeyri-adekvat davranış nümayiş etdirib. Oyunçunun simulyasiya etdiyini iddia edən referi matçın 28-ci dəqiqəsində Valeri Abramidzeyə sarı vərəqə göstərməklə yanaşı, həkimlərin meydançaya daxil olmasına imkan verməyib və onun bu hərəkəti nəticəsində yaranmış fasiləyə görə hər iki komandanın üzvləri arasında gərgin anlar yaşanıb”.
“İnter”in məktubunda oyundakı gərginliyin məhz hakim tərəfindən yaradıldığı qeyd olunur: “Məmmədov oyunun əhəmiyyətli dəqiqələrində - 85-ci dəqiqə matçın onsuz da gərgin olan atmosferinə mənfi təsir göstərən addım ataraq, “İnter”in müdafiəçisi Abramidzeyə qırmızı vərəqə göstərdi. Səbəb kimi hakimi təhqir etmək göstərilsə də, Abramidze oyunun gedişinə emosional etirazını bildirərək, konkret olaraq kimisə təhqir etməmişdi. “İnter” klubunun rəhbərliyi baş hakimin bu tərz davranışını hər iki komandanın arasında yaranmış qarşılıqlı hörmətə əsaslanan münasibətlərə kölgə salmağa və münaqişəyə zəmin yaratmağa yönəlmiş cəhd kimi xarakterizə edir. Belə hakim idarəçiliyinin ədalətli idman mübarizənin ruhuna zidd olmaqla bərabər, Azərbaycanda futbolun inkişafına mənfi təsir göstərən amillər sırasında olduğunu hesab edir”.
Paytaxt təmsilçisi qırmızı vərəqə alan Əziz Quliyev və Valeri Abramidzenin cəzalarının ləğv olunmasını istəyir: “Biz baş hakim Elçin Məmmədovun oyunun ümumi idarəçiliyinə qiymət verilməsini, o cümlədən, “İnter”in üzvləri Quliyev və Abramidzeyə göstərilən qırmızı vərəqələrin ləğv edilməsi məsələsinə baxılmasını xahiş edirik. AFFA-nın səlahiyyətli orqanlarının hakim idarəçiliyində belə mənfi halların gələcəkdə baş verməməsi üçün zəruri addımlar atacağına ümid bəsləyirik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |