Fərid Quliyevə sərt cəza
AFFA İntizam Komitəsinin bugünkü iclasında I Dıvizionla bağlı da qərarlar çıxarılıb. Stadium.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Lokomotiv” – “Muğan” matçının 90+3-cü dəqiqəsində “Muğan” klubunun 16 №-li futbolçusu Vasif Nəsirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Karvan” – “Şəmkir” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadıqov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “MKT Araz” – “Qaradağ Lökbatan” matçında “MKT Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Şahdağ” – “Tərəqqi” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 81-ci dəqiqəsində “Tərəqqi” klubunun 15 №-li futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Şuşa” – “Göyəzən” matçının 87-ci dəqiqəsində “Göyəzən” klubunun 5 №-li futbolçusu Səməd Mahmudovla “Şuşa” klubunun 5 №-li futbolçusu Fərid Quliyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.
Azərbaycan I divizionunun XXIII turunun “Göyəzən” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionunun XXIII turunun “Lokomotiv” – “Energetik” matçında “Energetik” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 35-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
Matçın 70-ci dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |