Mais Mənsimov: "Xəzər Lənkəran"ın heyəti buna tam imkan verir"

03.04.2012 | 6108 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov komandanın Azərbaycan Premyer Liqasının son turunda "İnter" üzərində qazanılan qələbəsi haqda danışıb. Stadium.az xəbər verir ki, Mənsimov klubun rəsmi saytına müsahibəsində komandanın hazırkı durumu və bu mövsümdəki şanslarını dəyərləndirib:
 
- Komandanız müəyyən müddətli qələbəsiz seriyadan sonra nəhayət, son turda üç xal əldə etdi. Bu barədə fikirlərinizi bilmək istərdik...
 
- Son oyunda komanda baxımlı və üstün oyun nümayiş etdirdi və əlbəttə ki, bu sevindirici haldır. Ardıcıl bir neçə oyunda qalibiyyətin olmamasına baxmayaraq, rəhbərlik olaraq komandaya tam etimad göstərdik. Lənkəranda keçirilən kubok oyunundan sonra futbolçu və məşqçilərlə görüş keçirdik və bir daha öz dəstəyimizi onlara bildirdik. Çox şadam ki, bundan sonra keçirilən oyunda layiqli qələbə qazanıldı. Qarşıdakı görüşlərdə də uğurlu çıxışımızı davam etdirəcəyimizə inanıram.
 
- Yeni baş məşqçi Yunis Hüseynovun işini necə dəyərləndirərdiniz?
 
- Yunis Hüseynov ümumilikdə bacarıqlı və karyerası ərzində kifayət qədər uğur qazanmış mütəxəssisdir. Onu bu posta təyin etməyimiz də bu məşqçinin işinə verdiyimiz qiymətdən irəli gəlir. O qısa müddətdir ki, komandamızın sükanı arxasına keçib və sözsüz ki, zamana ehtiyacı var. Klub rəhbərliyi olaraq Hüseynova tam dəstək olduğumuzu bildirirəm. Komandaya inam ilk növbədə baş məşqçiyə olan inamdır.
 
- Komandanın vacib oyunlar öncəsi son məşqlərini bilavasitə izləmisiniz. Bu barədə fikirləriniz çox maraqlıdır...
 
- Yaxşı oyunun sərgilənməsi üçün ən əsas təminatçı komanda daxilində yüksək ab-havanın olmasıdır. Komandanın məşqini izləyərkən ilk növbədə bunun şahidi oldum. Bu gün “Xəzər Lənkəran”ın heyətində kifayət qədər təcrübəli və onlarla yanaşı, xeyli sayda gənc futbolçu var. Məşq prosesində hər bir oyunçu əzmlə hazırlaşır və bu çox müsbət haldır. Bu işdə komandamızın məşqçilər korpusunun tələbkarlığı da vacib rol oynayır.
 
- Artıq futbol mövsümü sona yaxınlaşır və komandanızın şanslarını necə dəyərləndirirsiniz?
 
- Kubokda çıxışımızı dayandırsaq da, çempionatda var gücümüzlə mübarizəni davam etdiririk. Final mərhələsində bütün oyunlar vacibdir və hər bir matç ciddi hazırlıq tələb edir. “Xəzər Lənkəran”ın güclü heyəti var və bu heyət mövsümü uğurlu nəticə ilə başa çatdırmağa tam imkan verir. Əminəm ki, futbolçularımız stabil olaraq ən yaxşı oyunlarını nümayiş etdirsələr, mövsümü titulla bitirərik. Sözsüz ki, bunun ardından əsas məqsədimiz Avropa yarışlarında uğurlu çıxışdır. Rəhbərliyin dəstəyi, komandanın ciddi hazırlığı və azarkeşlərin inamı sayəsində bu məqsədlərə çatacağımıza inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail