AFFA-dan Bakıdakı yeni stadion üçün sponsorluq təklifi - FOTO

03.04.2012 | 8110 dəfə oxunub

Beynəlxalq təcrübəni nəzərə alaraq, AFFA balansında olan stadionlardan daha da səmərəli istifadə etmək məqsədilə Bakı şəhəri, B. Nuriyev küçəsi, 2397-ci məhəllədə (şərti olaraq 8-ci km stadionu) inşa olunan, 11000 min nəfər azarkeş tutumuna malik, təbii ot örtüklü stadionun kommersiya adının açıq sorğu üsulu ilə satılması qərarına gəlib. Stadium.az xəbər verir ki, stadionlardan səmərəli istifadə edərək kommersiya adının satışı futbolda böyük nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsində mövcuddur.

Bu mənada Almaniyada “Alyans Arena”, “Kommerzbank Arena”, İngiltərədə “Emireyts Stedium”, “Ribök Stedium”, Türkiyədə “Türk Telekom Arena” və digər stadionları qeyd etmək olar.

2012-ci ilin iyul ayında istifadəyə veriləcək 8-ci km stadionundan Azərbaycan milli komandası, eləcə də müxtəlif yaş qruplarından ibarət yığmalar, Premyer Liqa komandaları, AFFA-nın bayrağı altında təşkil olunan liqalarda çıxış edən komandalar istifadə edəcək, stadionda təlim-məşq toplanışlarını və rəsmi oyunlarını keçirəcəklər. Bu mənada, stadionun kommersiya adını əldə edən şirkət böyük üstünlüklərə malik olacaq.

8-ci km stadionunun kommersiya adının açıq sorgu yolu ilə satılmasının şərtləri aşağıdakılardır
- Kommersiya adının ilkin satış qiyməti – ƏDV-siz bir il üçün 500 000 (beş yüz min) manat;
- Kommersiya adının əldə edilməsi ilə bağlı bağlanacaq müqavilənin minimum müddəti – 3 il;
- Təkliflər sorğusunun təqdim edilmə müddəti – 45 gün.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail