"İnter"dən AFFA və hakimlərə daha bir etiraz

03.04.2012 | 6558 dəfə oxunub

“İnter” klubunun prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi qərarlara münasibət bildirib. Stadium.az xəbər verir ki, klubun rəsmi saytına danışan Nikolov İK-in qərarları ilə razılaşmadığını açıqlayıb:

"Mən oyunun mübahisəli epizodlarıyla tanış olmuşam və demək istəyirəm ki, bu anların böyük əksəriyyətinə iddiamız var. Bizdə hakimlər briqadasının işilə bağlı ciddi suallarımız yaranıb və mən İntizam Komitəsinin qərarlarıyla razı deyiləm. Axı qeyd olunur ki, hakimliklə bağlı ölçü götürülməlidir, ancaq eyni zamanda hakimin qərarları qüvvədə saxlanılır. Düşünürəm ki, İntizam Komitəsi kimin haqlı, kimin haqsız olması planında konkret qərar qəbul etməlidir.

Səmimi deyim ki, belə qərardan çox məyus olmuşam. İnanırdım ki, gec-tez klubun xeyrinə qərar qəbul olunacaq, təəssüf, bu, baş vermədi. Mən Hakimlər və İntizam Komitəsinin hakimlərini müdafiə etmək arzularını anlayıram, lakin yadda saxlamaq lazımdır ki, futbol federasiyası daha çox klublar üçün mövcuddur. Axı əgər bu klublar olmasa, federasiyanın özü də, futbol da olmayacaq. Əlavə edim ki, mən təkcə “İnter”ə olan ədalətsizliyi nəzərdə tutmuram, belə ədalətsizliklə hər turda bir çox komanda qarşılaşır. Məsələn, elə həmin “Xəzər Lənkəran”ı göstərmək olar.

Əlavə edim ki, hazırda hakimlik barədə “Neftçi” də, digər komandalar da şikayət edir. Bir sözlə, bu məsələdə bizim obyektivliyə ehtiyacımız var. Mən gənc hakimin təcrübəsizlikdən səhvə yol verməsini anlayıram, ancaq böyük daxili və xarici oyunlarda təcrübəsi olan FİFA referesi sadəcə belə səhvlərə yol verə bilməz".

Qeyd edək ki, "İnter" klubu bir gün əvvəl hakimliklə bağlı AFFA-ya şikayət etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail