"İnter"in "Qarabağ"la 26-cı dueli

05.04.2012 | 6341 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunun qarşıdan gələn “İnter” - “Qarabağ” matçı hər iki komanda üçün sayca 26-cı qarşılaşma olacaq. Stadium.az "İnter" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyunadək komandalar bir-birilə 25 dəfə qarşılaşıb.

Bu qarşılaşmalardan 20-si çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür. “İnter” rəqibini 10 dəfə məğlub edə bilib, “Qarabağ” isə 9 qələbəylə fərqlənib, qalan 6 matçda tərəflər meydandan sülhlə ayrılıblar.

Komandalar ilk dəfə 2006-cı ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən  vurub.
 
Qeyd edək ki, bu mövsümdə komandalar iki dəfə qarşılaşıb, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşmasa qolsuz bərabərliklə başa çatıb. “İnter” - “Qarabağ” matçında populyar hesab 1:0-dır. Belə hesab 25 oyundan 14-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub.

Azərbaycan çempionatında ev oyunlarında “Qarabağ”a qarşı “İnter” üstünlüyə malikdir. Belə ki, "bankirlər" 10 qarşılaşmanın 6-da ağdamlıları məğlub etməyi bacarıb. 2 oyun heç-heçə başa çatıb və 2 dəfə “Qarabağ” qələbə qazanıb. Bu qarşılaşmalarda qop fərqi “İnter”in xeyrinə 9:5-dir.


“İnter” - “Qarabağ”

25,+10,=6-9, toplar 20-19

Qeyd edək ki, “İnter”-“Qarabağ” matçı aprelin 7-də keçiriləcək. "Şəfa" stadionunda baş tutacaq görüş saat 16.00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail