Vaqif Sadıqov: "Rəqabəti gücləndirmək üçün yeni futbolçular gətiriləcək"

06.04.2012 | 4586 dəfə oxunub

AZAL klubunun yeni baş məşqçisi Vaqif Sadıqovun saytına müsahibəsi:

- Əvvəlcə sizi təyinatınız münasibəti ilə təbrik edirik.

- Təşəkkür edirəm.

- AZAL klubuyla danışıqlara nə vaxt başlamışdınız?

- Danışıqlar son iki-üç gündə, klub Rafiq Mirzəyevlə yolları tam ayırdıqdan sonra oldu. Klubun prezidentiylə müzakirələrdən sonra AZAL-ı qəbul etdim. AZAL-ın potensialı var. Hesab edirəm ki, burada mübariz bir komanda yaradıb növbəti mövsüm ən yüksək yerlər uğrunda yarışmaq olar.

- Bu mövsüm üçün AZAL-ın mükafatçılar sırasında olmayacağı dəqiqdir. Bəs, növbəti mövsümdə komandanın qarşısına hansı vəzifələr qoyulub?

- Hələlik konkret məqsəd qoyulmayıb. Klubun prezidenti Zaur Axundovla söhbətimizdə də belə bir fikrə gəldik ki, ən yüksək yerlər uğrunda yarışan bir komanda yaratmalıyıq. Bir daha deyirəm, komandanın buna potensialı var. Hesab edirəm ki, doğru istiqamət götürsək, məqsədlərimizi həyata keçirməyə qadir olan komandaya yarada bilərik.

- Bəs, qarşınıza bu mövsüm üçün hansısa vəzifə qoyulub, yoxsa?

- Mən son altı oyunda komandayla yaxından tanış olmalıyam. Müəyyən cizgiləri müəyyənləşdirməliyəm ki, növbəti mövsüm üçün planlarımızı dəqiq bilək.

- Yəni demək olar ki, növbəti altı oyun sizin üçün sırf komandanın oyunuyla yaxından tanışlıq olacaq?

- Bəli.

- Köməkçilərinizdən biri artıq məlumdur, Şakir Qəribov. Bəs, digər məşqçilər kim olacaq?

- Qarşıdakı altı oyunu bu heyətlə çalışacağıq. Bundan sonra müzakirələr aparıb seleksiyaçı məşqçidən tutmuş qapıçılarla işləyən çalışdırıcıya qədər hamısını tam tərkibdə müəyyənləşdirəcəyik.

- AZAL-ın futbolçularıyla münasibətləriniz varmı?

- Mənim indiyədək çalışdığım komandalarda futbolçularla pis münasibətim olmayıb. AZAL-dakı futbolçuların böyük əksəriyyəti ilə tanışlığım yoxdur. Bu gün futbolçularla tanışlıq oldu. İnanıram ki, aramızda qarşılıqlı isti münasibətlər yaranacaq. Hər şeydən əvvəl biz hamımız işimizə peşəkar səviyyədə yanaşmalıyıq.

- Komandanın heyətində dəyişikliklər etməyi nəzərdə tutursunuz?

- Bunu indidən demək tezdir. Əsas odur ki, komandanın potensialı var. Ola bilər ki, rəqabəti gücləndirmək üçün hansısa mövqeyə futbolçular gətiriləcək. Amma bu haqda qəti qərarı yalnız çempionat bitdikdən sonra verəcəyəm.

- Növbəti mövsümdə heyətdə daha çox yerli, yoxsa əcnəbi futbolçular çoxluq təşkil edəcək?

- Mən bu dəqiqə yeni komandamla tanış deyiləm. Qarşıdakı altı oyundan sonra hər şeyə aydınlıq gələcək. Komandanı mövsümün sonlarında qəbul etmişəm. Kollektivlə yaxından tanış olduqdan sonra sualınıza cavab verə bilərəm.

- AZAL-ın infrastrukturu sizi nə dərəcədə qane edir?

- Bu gün komandanın təlim-məşq bazası, stadionuyla yaxından tanış oldum. İnfrastruktur məni tam razı salır. Bu, bizə yüksək yerlər uğrunda yarışan mübariz komanda yaratmağa imkan verəcək.

Qol.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail