Fatih Kavlak: "Adamsın təyinatı mənim üçün sürpriz olmadı"

11.04.2012 | 6647 dəfə oxunub

Premyer Liqanın 28-ci turunda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” komandasının baş məşqçisi Fatih Kavlak qarşılaşma barədə fikir bildirib. Stadium.az-a açıqlama verən türkiyəli mütəxəssis sabahkı qarşılaşmanın çətin keçəcəyini söyləyib:

“Qarabağ”la bu mövsüm 6-cı dəfə qarşılaşacağıq. Artıq komandalar bir-birini yaxşı tanıyırlar. “Qarabağ” hazırda çox yaxşı formadadır, uzun zamandır məğlub olmurlar. Ancaq bizim komandamızda da hər şey qaydasındadır. Matça yaxşı hazırlaşmışıq. Sarı vərəqə limitini doldurmuş Saşa Yunisoğlu və bir müddətdir ki, səhhətindəki problemlərə görə komandadan uzaq düşmüş Rövşən Əmiraslanovdan başqa itki və ya zədəli futbolçumuz yoxdur. “Qarabağ”la oyuna qələbə üçün çıxacağıq. Həm də öz azarkeşlərimiz qarşısında oynayacağımız üçün tək düşüncəmiz qələbədir”.

Fatih Kavlak daha sonra Toni Adamsın klubda yeni təyinat alması ilə bağlı da fikir bildirib. O, prezidentin müşaviri vəzifəsini yerinə yetirəcək Adamsın kluba qayıdışını müsbət qiymətləndirib: “Adamsın təyinatı mənim üçün çox yaxşı oldu. Komandanı tanıyır və o da ilk gündən “Qəbələ”yə xeyir verməyə çalışır. O, klubdan ayrılandan bəri belə bir söhbət var idi. Nəhayət ki, danışıqlar müsbət nəticələndi və razılıq əldə edildi. Ona görə də, Adamsın təyinatı mənimçün sürpriz olmadı. Bildiyiniz kimi, Adams önəmli bir futbol adamıdır. Belə bir peşəkarın “Qəbələ”də çalışması mənim işimə yalnız müsbət mənada təsir edə bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail