FİFA “Xəzər Lənkəran”a şok cəza verə bilər

12.04.2012 | 6658 dəfə oxunub

AFFA FİFA tərəfindən “Xəzər Lənkəran”ın cəzalandırıla biləcəyi ilə bağlı xəbərləri təsdiqləyib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu onlara Cənub təmsilçisinin altı xalını siləcəyi ilə bağlı məlumat daxil olduğunu deyib: “Amma hələlik bununla bağlı FİFA-dan bizə rəsmi heç nə bildirilməyib. Buna görə də əlavə heç nə deyə bilmərik”.

Məlumatda bildirilib ki, "Xəzər Lənkəran"ın 2008/2009-cu illərdə transfer etdiyi braziliyalı futbolçu Romulo Silvano FİFA-ya şikayət edib.

"Xəzər Lənkəran"dan ayrıldıqdan sonra ona olan borcunun ödənilməsi ilə bağlı FİFA-ya müraciət edən Romulonun bu şikayəti müsbət cavablandırılıb. Ali futbol qurumu cəza kimi Lənkəran təmsilçisinin hesabından 6 xalın silinməsini istəyir.

“Xəzər Lənkəran” rəsmiləri futbolçuya borcun ödənildiyini bildiriblər.

Qeyd edək ki, hazırda Lənkəran klubu Premyer Liqada 27 oyundan 51 xalla hazırda turnir cədvəlində 2-ci yerdədir. Həmin 6 xal silinərsə, komanda 45 xalla 4-cü pilləyə düşəcək və demək olar çempionluq şansını itirəcək.



  #1   Adınız: Samad ;   E-mail: ---

13.04.2012 01:31

Xezer Lenkerenda onsuz da hemishe problem olur. Axri bir defe
problem cixmaliydi ki, agillari bashina gelsin.
bir de bu xeberi birinci defe futbol11 yazmishdi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail