"Xəzər Lənkəran"ın 6 xalı silindi

13.04.2012 | 5295 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.

FİFA-nın Nizam-İntizam Komitəsinin 30.11.2011-ci il tarixli qərarının 3-cü hissəsinin 4-cü bəndinə (Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından təxirə salınmadan 6 xal çıxılsın. Xalların çıxılması yerli assosiasiya tərəfindən həyata keçirilsin) və FİFA-nın Nizam-İntizam Komitəsinin 29.03.2012-ci il tarixli təlimat məktubuna əsasən AFFA-nın İntizam Komitəsi tərəfindən aşagıdakı qərar qəbul olunub:
 
1. Premyer Liqa yarışlarında “Xəzər Lənkəran” FK-nın cari mövsümdə aktivindən 6 xal çıxılsın.
2. AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılır ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA  və Lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidir.
 
Qeyd edək ki, FİFA “Xəzər Lənkəran”ı komandanın keçmiş oyunçusu Ramulo Silvanın pulunu vaxtında ödəmədiyinə görə cəzalandırıb. Dünən AFFA pulun ödənilməsi barədə FİFA-ya məlumat verərək, cəzanın ləğvini istəmişdi. Lakin ali futbol qurumu Lənkəran klubu ilə bağlı qərarını qüvvədə saxlayıb.
 
“Xəzər Lənkəran” bu günə qədər 51 xalla turnir cədvəlində 2-ci pilləni tuturdu. 6 xalın siilinməsindən sonra isə Lənkəran klubu 45 xalla 4-cü yerə düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail