Elxan Məmmədov: "Azərbaycan futbol tarixində indi oynayacağımız həmin güclü komanda ilə oynamayıb"

18.04.2012 | 4512 dəfə oxunub

Azərbaycan yığması nüfuzlu milli komandalardan biri ilə yoldaşlıq görüşü keçirəcək. Stadium.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. 

FİFA-nın təqvim günlərindən birində, yəni, mayın sonu – iyunun əvvəlində daha bir rəqiblə sınaq matçının nəzərdə tutulduğunu bildirən Məmmədovun sözlərinə görə, Bəhreynlə avqustun 15-də Bakıda keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü də qüvvədədir. 

“Bildiyiniz kimi, mayda və iyunda səfərdə Andorra və Belarusla yoxlama oyunlarımız var. Hazırda isə həmin ərəfədə başqa bir ölkənin komandasıyla da yoldaşlıq görüşü keçirməklə bağlı danışıqlar gedir. Ola bilsin may və ya iyunda əlavə bir oyun təşkil etdik. Onu qeyd edim ki, söhbət çox güclü futbol ölkəsindən gedir” – deyə, Məmmədov bildirib.

Təbii ki, bizim üçün həmin sürpriz komandanın adı maraqlıdır. Bunu öyrənməyə cəhd etsək də, baş katib bir qədər gözləməyi məsləhət gördü: “Həmin ölkənin adının indi açıqlanmasında mən də maraqlıyam. Bu dəqiqə demək istərdim, amma belə razılaşmamız var ki, oyun tam dəqiqləşməyənədək rəsmi məlumat yayılmayacaq”. 

Məmmədov ad açıqlamasa belə, əməkdaşımıza az da olsa ip ucu verib: “Onu deyə bilərəm ki, Azərbaycan futbol tarixində həmin güclü komanda ilə oynamayıb. Çox güman ki, həmin qarşılaşma səfərdə keçiriləcək. Sözün düzü, görüşlə bağlı təklif qarşı tərəfdən gəlib. Biz də bunu məmnuniyyətlə qəbul etdik. Hazırda danışıqlar gedir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail