Qurban Qurbanov «Neftçi»ylə oyuna işarə vurdu

Nazim Süleymanov: «Söz verdiyim kimi qələbə qazandıq»

22.11.2010 | 3384 dəfə oxunub

«Qarabağ» uğursuzluq zolağından çıxa bilmir. Komandanın baş məşqçisi Qurban Qurbanov AZAL məğlubiyyətindən sonra bildirib ki, artıq «Neftçi» ilə oyunu düşünürlər: "Nazim müəllimi qələbə münasibəti ilə təbrik edirəm. Çox maraqlı oyun oldu. Qola kimi komandamın oyunu yaxşı idi. Futbolçular düzgün oynamağa çalışdılar, qol epizodları yaratdılar. Qoldan sonra isə meydanda tək AZAL komandası var idi. Bu da başadüşüləndir. Qol vurmaq üçün irəli atıldıq, müdafiədə boşluqlar buraxdıq. Turnir cədvəlindəki ağır vəziyyətə baxmayaraq, sona qədər mübarizə aparacağıq. AZAL komandasını təbrik edirəm. Bu oyunu yaddan çıxarıb, "Neftçi" ilə oyuna hazırlaşacağıq".

rn

Qalib komanda, AZAL-ın baş məşqçisi Nazim Süleymanovun görüş barədə fikirləri isə belə olub: "Bilirdik ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir, Avropada öz sözünü demiş komandadır. "Qarabağ" hamımızın komandasıdır. Ötən tur MOİK-lə oyunda vacib 2 xal itirdik. "Qarabağ"la oyuna ciddi hazırlaşmışdıq, meydanda bunu göstərdik. Futbolun bəzəyi qoldur. Qol vurub qalib gəldik, komandaya əzmkarlıqlarına görə təşəkkürümü bildirirəm. "Qarabağ"a uğurlar arzu edirəm. Oyundan da əvvəl söz vermişdim ki, qələbə qazanacağıq. Söz verdiyim kimi qələbə qazandıq".

rn

 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail