FİFA-nın səhvi millimizin başında "çartlayıb"

23.04.2012 | 6313 dəfə oxunub

Futbol üzrə 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsinin Avropa zonası üzrə püşkü atılarkən səbət bölgüsündə kobud səhvə yol verilib. Stadium.az nəticədə Azərbaycan milli komandası tarixinin ən biabırçı məğlubiyyətlərindən biri qeydə alınıb.
 
Bu faktı “football-ranking.info” saytı üzə çıxarıb. Həmin vaxt FİFA püşkatma zamanı UEFA-ya üzv 51 ölkənin 2002-ci il dünya çempionatı və 2004-cü il Avropa çempionatında göstərdiyi nəticələrə əsasən səbətlərə bölünəcəklərini açıqlayıb. Lakin ölkələrin FİFA reytinqindəki xalları bərabər olduğu halda, bölgünün necə aparılacağı barədə məlumat verilməyib. Məsələyə 2008-ci il Avropa çempionatının püşkatma prosedurunda aydınlıq gətirilib. Bu qaydaları nəzərə alarkən məlum olur ki, Bolqarıstan Polşanı 2-ci səbətdə, Ukrayna isə Avstriyanı 3-cü səbətdə əvəzləməli imiş.
 
Səbətlərə bölgünün düzgün aparılmaması nəticəsində 3 seçmə qrupun tərkibinin formalaşdırılmasında yanlışlığa yol verilib. Bu səbəbdən, Azərbaycan millisi İngiltərə, Polşa, Avstriya, Uels və Şimali İrlandiya ilə 6-cı qrupda rəqib olub. Halbuki bu qrupda Polşa və Avstriyanı Bolqarıstanla Ukrayna əvəzləməli və beləliklə, Avstriya 2-ci qrupda Türkiyə, Yunanıstan, Danimarka, Gürcüstan, Albaniya və Qazaxıstanla, Polşa isə 8-ci qrupda İsveç, Xorvatiya, Polşa, İslandiya, Macarıstan və Malta ilə birgə yer almalı idi.
 
Qeyd edək ki, Azərbaycan millisi 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsində Polşaya səfərdə 0:8, evdə 0:3 hesabı ilə uduzub. Bakıdakı görüşdə yığmamızın o zamankı baş məşqçisi Karlos Alberto Torresi ispaniyalı referi Undiano Malyenko texniki zonadan qovub. Bu, braziliyalı mütəxəssisin millimizin sükanı arxasında son oyunu olub. Polşadakı nəticə Azərbaycan yığması tarixinə Fransaya 1995-ci ildəki 0:10 hesablı məğlubiyyətdən sonra ikinci biabırçılıq kimi yazılıb. Avstriyaya gəldikdə, səfər matçında 0:2 hesabı ilə uduzan komandamız evdə heç-heçə edib – 0:0. Həmin seçmə mərhələdə yığmamız 3 heç-heçə ilə 6 komandalı qrupda sonuncu olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail