AFFA Türkiyəyə açıq dəstək verdiyini açıqladı

16.05.2012 | 5449 dəfə oxunub

Futbol üzrə 2020-ci il Avropa çempionatının ev sahibliyinə namizədlikdən imtina edən Azərbaycan iddiaçı ölkələrdən Türkiyəni dəstəkləyəcək. Stadium.az xəbər verir ki, “TRT”nin rəsmi saytında yer alan xəbərə əsasən AFFA Türkiyəyə açıq dəstək verdiyini açıqlayıb.

Əslində, Azərbaycan nüfuzlu yarışa Gürcüstanla birgə namizədliyini irəli sürmək niyyətində olub. Lakin sonradan ölkəmiz bütün diqqətini Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizəsinə yönəltməyi məqsədəuyğun sayıb. Bu halda Gürcüstan futbol yarışına namizədliyini təkbaşına irəli sürüb. Eyni zamanda, İrlandiya, Şotlandiya və Uels də birgə iddia ərizəsi ilə UEFA-ya müraciət edib. Beləliklə, namizədliyini hələ ötən ay açıqlamış Türkiyəyə rəqiblər ortaya çıxıb. 

Azərbaycan isə bu mübarizədə Türkiyəyə dəstək verməyi məqsədəuyğun sayıb. Amma çempionat qardaş ölkədə keçirilsə, 2020-ci il olimpiadası İstanbulda təşkil oluna bilməz. Hər halda UEFA prezidenti Mişel Platini belə açıqlama verib. Bu halda İstanbul şəhərinin olimpiadaya namizədliyini Bakının xeyrinə geri götürəcəyi gözlənilir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə Lent.az-a açıqlamasında Türkiyəyə dəstək vermələrindən məlumatsız olduğunu bildirib. 

Hələlik UEFA Avro-2020-yə namizədlərin yekun siyahısını açıqlamayıb. 2020-ci il Yay Olimpiya Oyunları uğrunda mübarizədə növbəti mərhələyə keçəcək şəhərlərin adları mayın 23-də, qalib isə 2013-cü il sentyabrın 7-də məlum olacaq. Olimpiadaya Bakı və İstanbuldan əlavə, Doha (Qətər), Madrid (İspaniya) və Tokio (Yaponiya) da iddialıdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail