"Xəzər Lənkəran" azarkeşləri yenə birincidir

18.05.2012 | 7599 dəfə oxunub

“Xəzər Lənkəran” azarkeşləri hər mövsüm olduğu kimi, 2011/2012 mövsümündə də ölkə üzrə ev oyunlarına gələn tamaşaçı sayına görə liderliyini qoruyub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm komanda ümumilikdə 19 ev oyunu keçirib.

Bu oyunlardan 16-sı Unibank Premyer Liqa çərçivəsində, ikisi Azərbaycan kubokunda və bir qarşılaşma isə Avropa Liqasının təsnifat mərhələsində baş tutub.
 
Ümumilikdə rəsmi statistikaya əsasən komandanın ev oyunlarını 146200 nəfər azarkeş izləyib. Unibank Premyer Liqada ev oyunlarına gələnlərin sayı 123000 nəfər, kubokda – 8200 nəfər, Avropa Liqasında isə 15000 nəfər təşkil edib.
 
Orta hesabla komandanın hər ev oyununu 7695 nəfər azarkeş izləyib. Ən çox azarkeş sayı isə Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Tel Əviv) klubuna qarşı keçirilmiş matçda qeydə alınıb – 15000.
 
O da nəzərə alınmalıdır ki, bu mövsüm “Xəzər Lənkəran” Unibank Premyer Liqa çərçivəsində iki ev oyununu tamaşaçısız keçirməli olub, Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ-Lökbatan”a qarşı oyun isə Suraxanı qəsəbəsində baş tutmuşdur.
 
Başa çatan mövsüm daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, Unibank Premyer Liqanın 29-cu turunda “Neftçi”yə qarşı Lənkəranda keçirilmiş oyunda (1:0) “Xəzər Lənkəran” azarkeşlərinin Lənkəran şəhər mərkəzi stadionunda baş tutan görüşlərdə ümumi sayı 1 milyon göstəricisini aşmışdır.
 
Həmçinin mövsümün son üç ev oyunu “Xəzər Lənkəran” rəsmi saytı vasitəsilə Lənkərandan kənarda yaşayan azarkeşlərin diqqətinə çatdırılıb. Bu oyunlardan hər birini orta hesabla təxminən 1000 nəfər azarkeş izləmişdir ki, bu da ölkədə canlı internet yayımına eyni zamanda qoşulma baxımından ən yüksək göstəricidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail